Ayətullah Xamenei Peyğəmbərin zövcələrini təhqir edənlər haqda daha bir fətva verdi
Müəllif: admin1
Tarix: 11-06-2016, 10:10
Bölmə: Xəbərlər
Ayətullah Xamenei Peyğəmbərin zövcələrini təhqir edənlər haqda daha bir fətva verdi
“Mən qətiyyətlə deyirəm ki Peyğəmbərin zövcələrinin hər birini təhqir etmək Peyğəmbərin özünü təhqir etməkdir”
İslaminSesi khamenei.ir -ə istinadla xəbər verir Ayətullah Xamenei bu barədə “Sədəfe-Kousar” simpozumunu təşkil edənlərlə görüşü zamanı deyib

Ayətullah Xamenei bildirib

“Peyğəmbərin digər xanımlarını təhqir etmək olmaz. Onları təhqir edən peyğəmbəri təhqir edib. Mən bunu qətiyyətlə deyirəm. Əmirəl-möminin İmam Əli cənab Ayişə ilə hansı rəftar etdi?!. Halbu ki Ayişə həzrət Əli ilə döyüşə qalxmışdı. İmam ona qarşı döyüşə qalxan qadınla belə ehtiramla rəftar etdi.”

Ayətullah Xamenei əlavə edib:

“Bu ona görədir ki o Peyğəmbərin zövcəsidir. Yoxsa İmam Əmirəl-möminin (hökmlərin icra edilməsində) kiməsə güzəştə gedən deyildi. Ona görə təhqir əsla olmaz”
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930