"Şiə və sünnilər bir-birilərini təhqir etməklə düşmənə kömək edirlər"
Mьəllif: admin1
Tarix: 13-10-2014, 16:52
Bцlmə: Xəbərlər
"Şiə və sünnilər bir-birilərini təhqir etməklə düşmənə kömək edirlər"

Şiələr və sünnilər bir-biriləri üçün müqəddəs olanları təhqir etməklə düşmənlərinə yardım edirlər.
Müsəlmanlardan hər kim bu barədə fitnə yaradarsa, Amerikaya, İngiltərəyə, sionizmə və İŞİD-lə "əl-Qaidə"ni yaradanlara dəstək vermiş olur.

SalamNews-un “khamenei.ir”ə istinadla verdiyi xəbərə görə, bunu İran İslam İnqilabının ali lideri Ayətullah Seyyid Əli Xamenei müsəlmanların Qədir-Xum bayramı (həzrəti Əlinin (ə) canişinliyə seçildiyi gün - red.) münasibətilə etdiyi çıxışda bildirib.

O, Tehranda yerli ictimaiyyət nümayəndələrini qəbul edərkən bu bayramın mahiyyətindən danışıb və müsəlmanları təfriqə və fitnələr qarşısında ayıq olmağa çağırıb: “Qədir-Xum şiələr üçün elmi dairələrdə araşdırılan ən möhkəm və məntiqli bir arqumentdir. Lakin bu məsələ müsəlmanların vahid istiqamətdə hərəkət etməsinə və onların qardaşlığına təsir etməməlidir. Müsəlmanlar bir-birini təhqir etməklə düşmənə yardım edirlər.“
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930