Ayətullah Cavadi Amulinin gənclərlə bağlı önəmli mesajları
Mьəllif: admin1
Tarix: 28-04-2014, 20:18
Ayətullah Cavadi Amulinin gənclərlə bağlı önəmli mesajları
Ayətullah Cavadi Amuli gənclərin dini təlimlərə bağlanmasının lazım olduğunu bildirib

İslamazeri.az-ın “İqna”-ya istinadən verdiyi xəbərə görə, Ayətullah Cavadi Amuli xadim əl-Rza (ə) Mərkəzi Assosiasiyasının üzvləri ilə görüşü zamanı deyib: “Quran üçün zikr olunmuş məqam Əhli-beyt (ə) üçün də var və Qurana qarşı olan hörmətimiz gərək bu həzrətlərə qarşı da olsun. Ali Dini Liderin dediyi kimi gərək Qurana olan hörmətimiz Əhli-beytə də olsun və hər zaman gərək onları əzəmətlə yad edək. Elə iş görməyək ki, bu məqam hər hansısa bir səbəbdən biz tərəfdən qəflətə məruz qalsın. Dini heyətlərdən gözlənilən ən önəmli məsələlərdən biri cəmiyyətdə gənclərin tərbiyəsinə fikir verməkdir. Gənclərin heyətlərdə iştirak etməsi onların inkişafına və vətənpərvər igidə çevrilməsinə səbəb olmalıdır və əgər bu heyət ildə 400 min gənci buna hazırlaya bilsə bizim cəmiyyətimiz düzələcək. Gənclər iti ox kimidilər, gərək düzgün yaya taxılsınlar ki, məqsədə çatsınlar. Bu yay Quran təlimləri, Əhli-beyt (ə), mərcələr, ruhanilər və müəllimlərdir. Gənclər bu yaya taxılsalar nəticəyə çatacaqlar. Bizim cəmiyyətimizin ən önəmli problemlərindən biri evlilikdir. Bizim gənclərə tövsiyəmiz budur ki, ailə qurmaq üçün ən uyğun yaş gənclik dövrüdür. Lakin onun şərti sadə yaşamaq, həyatdan düzgün və ilahi dərkdir. Biz imamların məqamına çata bilmərik, lakin onların yaşam tərzini təqlid edə bilərik. Gənclər gərək dini və ilahi mədəniyyətlə yaşasınlar.”

islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930