Ayətullah Mələkuti dünyasını dəyişdi
Mьəllif: admin1
Tarix: 25-04-2014, 19:29
Bцlmə: Xəbərlər
Ayətullah Mələkuti dünyasını dəyişdi

Təbrizin sabiq imam cüməsi Ayətullahülüzma Mirza Müslim Mələkuti bir müddət idi ki, Tehranın Məsih Daneşvəri xəstəxanasında ağciyər xəstəliyinə görə yatırdı və bu gün vəfat edib.
Bu məlumata görə, Həzrət Ayətullah Mirza Müslim Mələkuti Sərabi şiə təqlid mərcələrindən idi. O 1923-cü ildə Sərabın ətrafında dindar və tanınmış ailədə dünyaya göz açıb. 5 yaşından Quran-Kərimi öyrənməyə və hifz etməyə başlamışdır. Atası 6 yaşında onu Sərab şəhərinə aparır və o dövrün alimlərinin yanında təhsillə məşğul olur.

O dini hövzənin ilkin dərslərini Mirza Rzaqulu, Mirza Yaqub, Mirza Qulaməli Əsğəri və Mirza Hüseyn Mühəddisi kimi şəhər alimlərinin yanında öyrənir. Sonra 17 yaşında təhsilini davam etdirmək üçün Təbriz şəhərinə yollanır və Talibiyyə mədrəsəsində təhsillə məşğul olur.

"Lümə", "Rəsail", "Məkasib" və "Kifayə" kimi dərslik kitablarını öyrəndikdən sonra 1942-ci ildə təhsilini davam etdirmək üçün Qum şəhərinə səfər edir. Qum dini elmlər hövzəsində yüksək keyfiyyətli təhsil və təlim onun arzusu idi. Çünki o dövrün İmam Xomeyni (rə) kimi məşhur alim və müəllimlərinin dərslərində iştirakla fiqh elmlərini dərindən öyrənmək imkanına malik ola bilirdi.

Ayətullah Mələkuti Qum dini elmlər hövzəsində illərlə təhsil və tədrisdən sonra Nəcəf-Əşrəf dini elmlər hövzəsinin müəllimlərindən daha artıq təlimlər və maarif əldə etmək və elmi ehtiyatlarını təkmilləşdirmək üçün bu şəhərə yollandı. Nəcəf-Əşrəf dini elmlər hövzəsinin 1-ci dərəcəli alimlərinin fiqh və üsul dərslərində iştirak etməklə onların elmlərindən faydalandı və müctəhidlik dərəcəsinə nail oldu.

O Pəhləvi rejiminə qarşı mübarizələrdə islam hərəkatının rəhbəri Həzrət İmam Xomeyninin (rə) kənarında əsaslı rolu oynadı. Belə ki, Şahlıq rejiminə qarşı verilən bəyanatların imzalanması bu məsələni təsdiqləyir.

Ayətullah Mələkuti İslam İnqilabının qələbəsindən sonra İslam İnqilabının Böyük Rəhbəri tərəfindən Təbrizin imam cüməsi və onun Azərbaycandakı nümayəndəsi təyin olundu.

O Qum dini elmlər hövzəsinin müəllimlər icmasının banilərindən və bu qurumun üzvü hesab olunurdu.

Ayətullah Mələkuti İran sərhədlərindən kənarda, xüsusilə də Azərbaycan Respublikasında da sevilirdi.

Bu alimin əsərlərindən Kifayətül-Üsul kitabını ətraflı şəkildə şərh edən dəyərli kitabı nümunə göstərmək olar. Belə ki, bu kitab dini elmlər hövzələrində istifadə olunmaqdadır.

Həzrət Ayətullah Mirza Müslim Mələkuti 1995-ci ildə Ayətullah Lənkərani və Ayətullah Meşkinin müraciəti və İslam İnqilabının Rəhbəri Həzrəti Ayətullahülüzma Xameneinin razılığı ilə Təbrizdən Quma getdi və dini elmlər hövzəsində tədrislə məşğul oldu.

http://azeri.irib.ir/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930