Sonuncu Peyğəmbərin Şəninə
Mьəllif: admin1
Tarix: 13-04-2014, 22:37
Sonuncu Peyğəmbərin Şəninə


Varlığın lövhəsinə ilk söz yazanda qələm, ‐

Əhmədin ʺəlifʺini yazıbdır onda qələm.

ʺƏlifʺ ʺheyʺi mülkünə hakim edəndən bəri,

ʺDalʺ onun boyunbağı, ʺmimʺ də ki bir kəməri.

Bu kəmər, boyunbağı edib camal sahibi,

Səadət dünyasında olub kamal sahibi.

Bu günbəz ki, kərpici saçar firuzətək nur, ‐

Onun Cənnət bağında tər‐təzəcə turuncdur.

Turuncun adətidir: gül açmaz ilk baharda,

Meyvəsi yetişəndə gəlib çıxar bahar da.

Peyğəmbərlik bayrağı göylərə qalxan vədə

Sonuncu peyğəmbərlik verildi Məhəmmədə.

Ay ‐ zəbərcəd üzükdür, nurlandırır dağ‐daşı,

Məhəmməd möhürüylə parlayır onun qaşı.

Dünyanın sırğasıdır adındakı hər bir ʺmimʺ,

Hər iki cahanı da edib özünə təslim.

Yer üzünə elçidir, İsatək qulu vardır,

Müjdəçi müjdəçidir, çapar da ki çapardır.

Dünyaya dərs almamış natiq kimi gəlibdir,

Dərsi ‐ Məsihin ʺmimʺi, Adəmdəki ʺəlifʺdir.

ʺƏnbiyaʺ kəlməsinin həm əvvəli həm sonu.

Əhdinə, vəfasına ʺəlifʺtək düz bil onu.

Varlığı ən işıqlı bir nöqtədir varlığa,

Hər sözü, hər kəlamı səslər bəxtiyarlığa.

Təkəbbür, lovğalıq da o bilmədi cahanda,

Cahandan uca başı əyilmədi cahanda.

Kəlamıyla təlimin artdı şöhrəti, şanı,

Əlçatmaz, ünyetişməz fələklərdir eyvanı.

Müqəddəs dərgahında hicabdadır nəbilər,

Müqəddəslik onunla ləkələnmək nə bilər.

Günahkarın gözləri kor qalıb qürbətdə də.

Məkkədən xərac alıb, bac alıb qürbətdə də.

Sükutu səni yaxar, göz kor olar tüstünə.

İstəyi pərdə çəkər günahların üstünə.

Ədalətlə yatırar hər qovğanı, savaşı,

Onu sevməmək olmaz, sevəni sanma naşı.

Varlıq dəyirmanını fırlandıran oxdu, ox,

Üstümüzdə ağadır, səxavəti çoxdu, çox.

Əzəliyyət dərsindən əbədilik dərs alıb,

Ürəyinə qürbətin öz çırağı nur salıb. ‐

İşığıyla dolubdur günəşin qızıl tası,

Meracından Ay olub göydə hilal parçası.

Ərşdə merac gecəsi öz taxtını qurubdur.

Başına tac qoyubdur, belə kəmər vurubdur.

Gecənin səməndinə nal vurub, göyə uçub,

Nəfəsinə yer üzü dar gəlib, ‐ deyə uçub.

Səhərin mələkləri səkil atı gətirib,

Həsrətindən, darıxan yer üzünə yetirib.

Alapaça toxdayıb, nəfəs alır haçandır,

Nizami ‐ yəhərinin örtüyünü açandır.

Nizami Gəncəvi

www.Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930