ÖMRÜ UZADAN 7 QİDA
Müəllif: Admin
Tarix: 24-08-2017, 12:21
ÖMRÜ UZADAN 7 QİDA
Hər insan səhhətində müəyyən xəstəliklərlə üzləşir. Alimlər bildirirlər ki, insanın hər hansı bir xəstəliyə yoluxması onun qidalanmağından asılıdır. Məsələn istifadə etdiyimiz qidaların içində bəziləri insan ömrünü uzadır, müəyyən xəstəliklərdən qoruyur. Amerika Xərçəng Xəstəlikləri Araşdırmaları İnstitutunun araşdırmaları nəticəsində bədəni xərçəng, infarkt və şəkər xəstəliklərindən qoruyan qidaların siyahısını açıqlanıb.

Badam:
Hər gün 30 qram badam yeməyi unutmayın. Yağlarla zəngin bir qida olan badam qandakı xolestrol nisbətini aşağı salır. Badam həm də damar tutulmalarının qarşısını alaraq, qan dövranının tənzimləyir, ürəyi qoruyur.

Qəhvə:
Gün ərzində iki fincan qəhvə içmək, xüsusilə orta yaşlı insanlarda yaranan parkinson və şəkər xəstəliklərinə qarşı bədəni qoruyur. Qəhvədə olan kafein maddəsi şəkər xəstəliyinə yoluxma riskini 35 faiz azaldır. Bununla yanaşı, ağrıkəsici funksiyasını da yerinə yetirir. Ancaq qəhvəni mütləq südlə için. Beləcə kafeinin sümükləri zəiflətməsini əngəlləmiş olarsınız.

Darçın:
Hər yeməkdən sonra içində bir miqdar darçın olan şirniyyat yeməyi unutmayın. Şirniyyat yemək istəmirsinizsə, balaca çay qaşığı dolu darçını suya qataraq içə bilərsiniz. Darçın qan şəkərini qaydaya salır, sinir sistemini sakitləşdirir.

Kartof ən yararlı 100 qida arasında 17-ci sırada durur. Orqanizmi ağciyər xərçəngi, xərçəng xəstəliyi və infarkta qarşı qoruyur. Ancaq kartofu qızartmaq əvəzinə, yağsız halda əzilmiş və ya bişirilmiş yemək daha məsləhətlidir.

Tərəvəz şorbası:
Doyumludur, kalorisi az olduğu üçün xüsusilə arıqlamaq istəyənlərin bir nömrəli seçimidir. Bundan başqa, tərəvəz şorbası sodium baxımından da zəngindir. Bir kasa tərəvəz şorbasında 500 milliqram sodium olur. Sodium sinir sistemi və əzələlərin davamlı olaraq işləməsinə şərait yaradır, Bədəndəki maye miqdarının həcmini qaydasında saxlayır. Ancaq gündə 1500 milliqramdan çox sodium təzyiq və ürək xəstəlikləri olan insanlarda əks təsir yaradır.

Zeytun yağı:
Zeytun yağı xərçəngin qarşısını alır. Gündə 25 ml zeytun yağı istifadə edənlərin sidiklərində, hüceyrələrə zərər verən “8 oxod” adlı maddənin səviyyəsinin azaldığı bildirilir. Zeytun yağı həm də ürəyi qoruyur. 1 xörək qaşığı zeytun yağında 120 kalori olur. Bu səbəblə gündə 6 qaşıq şorbadan artıq yeməyin.

Çay:
Qara və ya yaşıl olmasından asılı olmayaraq, çayın hər növü xərçəng riskinin azaldılmasında təsirlidir. Çay qadınlarda uşaqlıq xərçənginə yoluxma riskini 50 faiz azaldır. Döş xərçəngi üçünsə bu nisbət 60 faiz təşkil edir. Çay həm də infarkta qarşı təsirlidir.

LENT.AZ
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930