Hilin faydaları
Mьəllif: admin1
Tarix: 17-02-2021, 21:51
Hilin faydaları
Bir çimdik hildə orqanizm üçün gündəlik lazım olan makro və mikroelementlər, minerallar var. Hil depressiya, pis əhval-ruhiyyə, stress və nevroza qarşı kömək edən bir çox B vitaminləri ilə zəngindir və həzmi yaxşılaşdırır.

Bu ədviyyat təbii antiseptikdir, buna görə soyuqdəyməyə qarşı yaxşı kömək edir. Hil eyni zamanda nəfəsi təravətləndirir, bunun üçün toxumlarından bir neçəsini çeynəmək lazımdır.

"Deyerler.org"un zira.uz agentliyinə istinadən verdiyi xəbərə görə, hil enerji verir və gümrah oyanmağa kömək edir, təbii konservantdır. Çay və qəhvəyə əlavə olunur, kofeinin zərərli təsirlərini təsirsiz hala gətirərək ürəyin yükünü azaldır.

Hilin əks təsirləri çox azdır. Nəzərə alınmalıdır ki, onun tərkibində çox miqdarda efir yağı var, çox konsentratlaşdırılmış dada malikdir, buna görə hil çox miqdarda istehlak edilməməlidir. Mədə xorası və ya qastriti olan insanlar üçün yeməyə üyüdülməmiş hilin əlavə edilməsi ziyanlı ola bilər.

Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031