Yarpaq dolması alimlərin “qara siyahı”sında
Mьəllif: admin1
Tarix: 31-01-2019, 11:29
Yarpaq dolması alimlərin “qara siyahı”sında
Xərçəngə səbəb olan qidalarla bağlı dəfələrlə yazılmasına baxmayaraq, bu qidaların siyahısı hər gün bir az da genişlənir. Son araşdırmalar zamanı yarpaq dolması üçün istifadə olunan duza qoyulmuş üzüm yarpağı da bu siyahıya daxil edilib.

"İslaminSesi.info" Medicina.az-a istinadən xəbər verir ki, duza qoyulmuş üzüm yarpağında həddən artıq miqdarda nitrat maddəsi olur. Qəbul etdikdə bu qidalar orqanizmdə xərçəng yaradan nitrozaminlərə çevrilir və DNA-nı zədələyir.

Araşdırmaya görə, rasionunda duza qoyulmuş yarpaq dolmasına geniş yer verən insanlarda mədə xərçəngi riski digərlərinə nisbətən qat-qat artıqdır.

Mədə xərçəngi yaradan digər qidalara isə şorabalar da daxil edilib. Əsasən şərq, həmçinin yerli mətbəximizdə geniş yer verilən marinə edilmiş meyvə və tərəvəzlər də mədə xərçənginə səbəb olur.

Təhlükə riskini azaltmaq üçün bu cür qidaları evdə, duz miqdarına nəzarət edərək hazırlamaq daha məqsədəuyğundur.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930