Süfrəmizin vazkeçilməzi mədə xərçəngi törədir
Mьəllif: admin1
Tarix: 2-04-2016, 21:38
Süfrəmizin vazkeçilməzi mədə xərçəngi törədir
Mütəxəssislər gün ərzində duz istifadəsinə məhdudiyyət qoyulmasını və miqdar etibarilə 6 qrama qədər istehlak oluna biləcəyini xəbərdarlıq edirlər. Belə ki, bu temp yüksək təzyiq də daxil olmaqla bir sıra xəstəliklərin qarşısının alınmasında olduqca effektivdir.

Artıq istifadə zamanı isə yüksək təzyiq xəstəliyini formalaşdırmaqla bərabər ürək-damar sistemi ilə yanaşı sidik-ifrazat sisteminə də ciddi zərər vurmuş olur, eyni zamanda isə müxtəlif orqan və toxumaların xərçənginə münbit şərait yaradır.

Ümumdünya Xərçəng Birliyindən verilən məlumata görə, yemək və qəlyanaltılar zamanı duz istifadəsinin məhdudlaşdırılması mədə xərçəngi riskinin də azalmasına səbəb olur. Ən çox duz tərkibli qidalara isə hazır yeməklər və fast-fudlar daxil olduğu üçün bunlardan da mümkün səviyyədə uzaq olmaq məsləhətdir. Təəssüf ki, yeməklərə xüsusi dad gətirəcəyi istəyi ilə ölçüsündən artıq şəkildə istifadə olunan duzun 3 ağ düşmanımızdan biri olduğu göz ardına vurulur. Unutmayaq ki, sağlamlığımız hər şeydən önəmlidir.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031