Uşaqlar niyə gec danışır?
Müəllif: Admin
Tarix: 22-06-2018, 21:52
Uşaqlar niyə gec danışır?
Bəzi uşaqlar yaşıdları ilə müqayisə etdikdə daha gec danışmağa başlaya bilir. Bu, heç də həmişə danışma pozğunluğu problemi olduğu mənasını vermir.

Dil inkişafı doğumdan etibarən başlayır. Uşağın inkişafında ictimai əlaqə inkişafının, zəka və öyrənmə bacarıqlarının yaşına görə gözlənilən normal səviyyədə olması lazımdır.

GEC DANIŞMAĞA SƏBƏB OLAN FAKTORLAR

- Zəka geriliyi

- Eşitmə problemi

- Görmə problemi

- Xroniki depressiya

- Televiziya izləmə

- Ailədə dil gecikməsi

- Ailədə iki dil danışılması

- Autizm, zəka geriliyi edən xəstəliklər.

GEC DANIŞMA MÜALİCƏSİ

Uşağın danışmasının normal inkişaf pillələrinə görə geri qalması bir xəstəlik əlaməti ola bilər. Gec danışma problemi olan bir uşaq ilk olaraq bir mütəxəssis tərəfindən tibbi müayinədən keçirilməlidir.

Uşağın eşitməsinə və danışmasına maneə meydana gətirən patologiyalar araşdırılmalıdır. Psixoloji bir maneə varlığı sorğulanmalıdır. Daha sonra yaşıyla uyğun inkişaf analizi, zəka sınağı qiymətləndirmələri edilməlidir.

Bundan əlavə, əzələ və sinir sisteminə təsir edə biləcək narahatlıqlar araşdırılmalıdır. Bütün bunlar normaldırsa, danışmada gecikməyə səbəb ola biləcək ekoloji faktorlar araşdırılmalıdır.


Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930