Məşhur fizik Stefen Havkinq: "Sonumuz ola bilər"
Mьəllif: admin1
Tarix: 3-05-2014, 22:44
Məşhur fizik Stefen Havkinq: "Sonumuz ola bilər"
Süni zəka insanlığın ən böyük və son müvəffəqiyyəti ola bilər
İslamazeri.az-ın verdiyi məlumata görə, məşhur ingilis fiziki Stefen Havkinq süni zəka texnologiyalarının nəzarətsiz inkişafı ilə əlaqədar xəbərdarlıq edib.
"İndependent" qəzeti üçün yazdığı məqaləsində Stefen Havkinq - "Süni zəka araşdırmaları sürətlə davam edir. Son zamanlarda özünü idarə edən avtomobillər, bilik yarışlarını qazanan robotlar, Siri, Google Now və Cortana kimi elektronik asistentlər icad edilib. Suni zəka texnologiyaları barədə araşdırmalar və sərmayə qoyuluşları yeni müharibənin başladığına işarə edir." - yazıb.
Bu sahənin müsbət faydalarının çox olduğunu bildirən dahi fizik hətta xəstəliklərin, müharibələrin və kasıbçılığın sona çata biləcəyini qeyd edib.

Stefen Havkinq "Zamanın Qısa Tarixi" kitabında suni zəkanın bəşəriyyətin son ixtirası olacağına da diqqət çəkib. O, ölkələrin orduları üçün özü hədəfi tapıb məhv etmə qərarı ala bilən silahlar hazırlamağa çalışdıqlarını yazıb. BMT və Human Rights Watch təşkilatları bu tip silahların qadağan edilməsi üçün bir müqavilə imzalanmasını irəli sürüblər.

Stefen Havkinq ən böyük təhlükənin isə süni zəkanın insan zəkasını keçməsi olacağını bildirib. Uzun müddətli proqramları insan beynindən daha sürətli planlar hazırlayan süni zəkaya qarşı heç bir qanunun olmadığını vurğulayıb. Süni zəka sürətlə özünü inkişaf etdirə bilər və investisiya bazarlarına nəzarət edə bilər. İnsanlardan daha çox ixtiralar edə bilər və insanların mənasını belə bilmədiyi silahlar yarada bilər.

Dahi fizik hər kəsin riskləri gözə alaraq süni texnologiyaların insanlar üçün ən faydalı formada inkişafi barədə düşünməsinin zəruri olduğunu vurğulayıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930