Ayətullah Məkarim Şirazi insan haqları, qondarma soyqırım və qəmədən danışdı
Mьəllif: admin1
Tarix: 17-04-2014, 04:06
Bцlmə: Məqalələr » Maarif
Ayətullah Məkarim Şirazi insan haqları, qondarma soyqırım və qəmədən danışdı


Qərblilər bir tərəfdən azadlığın insan üçün əhəmiyyətli olduğunu deyirlər və digər tərəfdən tədris mərkəzlərində hicablıların olmasına mane olurlar

İslamazeri-nin “Farsnews”-a istinadən verdiyi xəbərə görə, Ayətullah Məkarim Şirazi İslam İnsan Haqları komissiyasının direktoru ilə görüşündə İslam dininin sülh və insan haqları məsələsi barədə kamil baxışa sahib olduğuna toxunaraq deyib:“Dini və mədəni fəallar İslam dininin dəyərlərini dünyaya bəyan etməlidirlər. Qərblilər istəyirlər ki, beynəlxalq mühitlərdə bizə şəxsiyyət versinlər. Biz dəyərimizi özümüz təyin etmişik, dini, İslami dəyərləri qoruyuruq və öz üsullarımızdan da əl çəkməyəcəyik.”

Ayətullah Məkarim Şirazi bu gün İslam dünyasının təkfir və ifrata düçar olduğunu bildirərək deyib: “İfrat heç bir qrup tərəfindən qəbul olunmazdır və gərək hər kəs ifratçılığdan çəkinsin. Təəssüf ki, bəzi şiə qrupları qəmə vurmaq kimi hərəkətlərlə şiələrə qarşı beynəlxalq arenada mənfi baxışın formalaşmasına səbəb olurlar. Gərək bu qruplar öz hərəkətlərində düzəliş etsinlər, çünki bu hərəkətlərin mənfi nəticələri var və hətta şiələr arasında da təfriqənin yaranmasına səbəb olur.”

Təqlid mərcəsi İslamda bütün insanların və varlıqların haqlarına dəqiq diqqət yetirildiyini bildirərək deyib: “Qərblilər insan haqlarından dəm vururlar, halbuki, onların ölkələrində Holokost (qondarma İsrail soyqırımı) kimi mövzular barədə heç kəsin fikir bildirməyə icazəsi yoxdur. Çünki bu onların xeyrinə deyil. Qərblilərin nəzərində azadlığın mənası təkcə onların xeyrinə olan şeylərin bəyan olunmasıdır. Onların maraqları varsa deyirlər ki, beynəlxalq ictimaiyyət müəyyən qərarın qəbul olunmasından və ya müəyyən bir ölkənin boykot olunmasından yanadır. Bu ictimaiyyət bir neçə nəfərdən ibarətdir ki, bir masa arxasında əyləşib bütün dünya üçün qərar qəbul edirlər.”

Ayətullah Məkarim Şirazi İslam İnsan Haqları fəallarının boynunda olan vəzifələrə qarşı məsuliyyətli olmalarına da toxunub: “Qərb gərək İslam İnsan Haqları nizamnaməsinin məzmunu ilə tanış olsun və müsəlmanlar da bu sahədə fəaliyyətlərini ciddi surətdə davam etsinlər. Bu nizamnamənin yazılması böyük işdir və bu barədə lazımi müşavirələr aparılmalıdır.”
islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930