"Ruhani daim yenilənməli, istənilən suala hazır olmalıdır"
Mьəllif: admin1
Tarix: 17-04-2014, 03:28
Bцlmə: Məqalələr » Maarif
"Ruhani daim yenilənməli, istənilən suala hazır olmalıdır"


Ayətullah Qorqani ruhani və tələbələrin vəzifələrindən danışıb

İslamazeri-nin Qum elmi hövzəsinin rəsmi saytına istinadən verdiyi xəbərə əsasən, təqlid mərcələrindən olan ayətullah Ələvi Qorqani tələbələrin vəzifələrindən danışıb.

O, bildirib ki, “İnsan daxil olduğu məkanların şəraitinə uyğun olmalıdır. Ruhani olmaq istəyən sizlər də bəzi şərtlərə malik olmalısınız. Elmdən öncə mənəviyyata bağlanmalı və diqqət etməlisiniz. Siz elə biri olmalısınız ki, vücudu məsum imamın vücudunu xatırlatsın.
İsa (ə) öz həvarilərinə tövsiyyədə buyurur ki, “Elə adamlarla ünsiyyət qurun ki, sizə Allahı xatırladsın”.

Biz insanlara Allahı xatırlatan tələbə istəyirik.

Ruhani daima yenilənməlidir. İstənilən suala hazırlıqlı olmalıdır. Təqvasız alimin misalı, altı sınıq olan hovuza bənzəyir. Ona nə qədər su töksən də dolmaz. Təqvalı ruhaninin vücudu elm yolundadır və hamı öndan örnək götürür. Tələbə eyni zamanda Quranla tanış olmalı və sözlərinə təslim olmalıdır.
İmansız alim əlində silah olan quldur kimidir. Məsələn, Həccəc bin Yusif kimi, Quran hafizi idi, lakin 120 min şiə öldürdü.”
islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930