Kamalı kənarda axtarmayaq
Mьəllif: admin1
Tarix: 17-04-2014, 02:44
Bцlmə: Məqalələr » Maarif
Kamalı kənarda axtarmayaq


Allah Təala insanı yaradanda onun daxilində kamala çatmaq hissini və buna çatmaq üçün bütün qabiliyyətləri və fürsətləri qoymuşdur. İnsanın daxilində olan araşdırma qüvvəsi kamala çatmaq üçün vasitələrdən biridir. Hətta körpə uşaqda da bu araşdırma qüvvəsini və daim axtarışda olmasını müşahidə etmək olar. Misal üçün, uşaq bir oyuncağı gördükdə sanki axtardığı şey bu olduğunu zənn edir və onu əldə etmək üçün bütün imkanlarından istifadə edir, əldə edə bilməyəndə ağlayır ki, ona bu oyuncağı versinlər. Lakin, bir az oynayandan sonra ondan bezir və görür ki, axtardığı bu deyilmiş və digər əşyalarda və məşğuliyyətlərdə axtardığını tapmaq istəyir.

Böyük insanlar da belədir: biriləri kiməsə zülm etməkdə kamal axtarır və istədiyinə nail ola bilməyəndə elə bilir bu kamalı yeni zülmlərdə tapacaq və beləliklə digər zülmlərə əl atır. Biriləri əyləncədə və eyş-işrətdə kamal axtarır və istədiklərinə nail ola bilməyəndə yeni növ eyş-işrətə əl atırlar. Biriləri şəhvətpərəstlikdə, digərləri dünya malı yığmaqda, o biriləri vəzifə və şan-şöhrətdə kamal axtarır və hamısı istədiklərinə çata bilmədikdə, elə zənn edirlər ki, bu istiqamətlərin başqa növlərində kamal tapa biləcəklər. Beləliklə, ömür boyu həyatları bu istiqamətdə davam edir: fiziki cəhətdən müəyyən qədər həzz alır, amma mənəvi cəhətdən daim narahat qalırlar və nəhayət, kamala çatmadan ömürlərini bitirirlər. Belə ki, insan yalnız kamala doğru düzgün istiqamət tutanda rahat ola bilər və hər an yeni mənəvi yüksəlişlərə nail ola bilər. Və məntiqi cəhətdən də başa düşmək olar ki, əgər yeri-göyü və onun arasında hər bir şeyi, o cümlədən bizi də Allah yaradıbsa, deməli biz kamala yalnız Allah deyən kimi yaşasaq çata bilər və ruhən daim rahat ola bilərik. Bunun üçün də Allah bizə peyğəmbərlər (ə), imamlar (ə), kitablar göndərib ki, bizə kamala doğru gedən yolu daim xatırlasınlar.
Amma bəzən Allah yolunda olanlar və azdan-çoxdan islamın buyuruşlarına əməl edənlər də sanki tam olaraq ruhən rahat olmurlar. Bunun bircə cavabı odur ki, kamalı tam olaraq İslamda deyil, kənar məşğuliyyətlərdə də axtarırıq. Amma İslamı tam olaraq yaşasaq və yaşatsaq, Allah xüsusi feyzlərini nəsib edər ki, onun dadsaq, bir də başqa yerlərdə axtarmarıq və yeni feyzləri əldə etmək üçün Allahın ipindən daha da möhkəm yapışar və bu istiqamətdə irəliləyərik. Demək ki, əlimizdə olanı və kamala çatmaq üçün düzgün istiqaməti qoyub, yəni İslamda ola-ola, ona tam olaraq riayət etmədikdə və yaxud kənar məşğuliyyətlərə İslam nə deyər nəzərilə baxmadıqda və cürbəcür mubah işlərə başımız qarışanda, kamala gedən yolumuzu sanki ləngidir və tam olaraq ruhən rahat olmuruq.
Allahım, bizlərə İslamı tam olaraq yaşamağı və yaşatmağı və beləliklə, daim kamala doğru düzgün istiqamətdə olmağı nəsib elə. Amin.
(Mənbə: islami saytlara istinadən)

Azər Cabbarlı
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930