Vəfa
Mьəllif: admin1
Tarix: 17-04-2014, 00:46
Bцlmə: Məqalələr » Maarif
İslamda əhdə vəfa-çox mühüm əhəmiyyət kəsb edən və Muhəmməd Peyğəmbərin (s) hədislərində tez-tez vurğulanan bir məsələdir. İstər insanların biri-biriləri arasında olsun, istərsə də insanların Allah-Təala ilə bağladıqları əhd çox vacibdir. İnsanlar arasında əhdə vəfa edilməsəsi sözsüz ki tədricən, ictimai etimadsızlığın yaranmasına gətirib çıxardır. İnsanın əhdə vəfası özü-özlüyündə bir əxlaqi fəzilətdir. İnsanın şərafəti onun verdiyi əhdə vəfa dərəcəsi ilə ölçülür.

Bir insanın saflığının və şərafətinin göstəricisi kimi onun vəfalılığından danışmaq kifayətdir. Bunun əksi isə (yəni vəfasızlıq) əxlaqa zidd hesab olunur və istər dini, istər isə ictmai həyatda qəbulolunmazdır. Çünki ictimai bünövrəni süstləşdirər və insan şəxsiyyətinin cılızlaşmasına gətirib çıxarar. Düz danışmaq kəlməsi ərəb dilində sidq kəlməsinə uyğun gəlir və mənası batini etiqadla danışığın həmahəngliyi deməkdir. Düz danışan o insandır ki, o danışdığı şey onun etiqadına uyğun gəlsin.

Əgər nədənsə xəbər verərsə, həmin xəbər həqiqətə uyğun olar. Düz danışmağın əhəmiyyəti haqda Quranın “Tövbə” surəsinin 119-cu ayəsində buyurulur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğruçularla olun!”. Eyni zamanda “Əraf” surəsinin 70 (Hud tayfasının kafirləri) dedilər: “Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi qorxutduğun (bizi təhdid etdiyin əzabı) bir gətir görək!” və 106-cı ayələrində (Firon Musaya) dedi: “Əgər möcüzə ilə gəlmisənsə və doğru deyirsənsə, onu gətir göstər!”,

“Yusif” surəsinin 26, 27-ci ayələrində (Yusif) dedi: “O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!” Bir şahid (Züleyxanın beşikdə olan körpə əmisi oğlu) belə şəhadət verdi: “Əgər (Yusifin) köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır. Yox, əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o (Yusif) isə doğru danışanlardandır”, “Şüəra” surəsinin 31 (Firon) “Əgər doğru deyirsənsə, di onu gətir!” – dedi və 154-cü ayələrində Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), bizə (Allahdan) bir möcüzə gətir!” düz danışmaq hamı tərəfindən qəbul olunmuş və fitri bir məsələ kimi təqdim olunmuşdur.

“Ali-İmran” surəsinin 15 (Ya Rəsulum!) Söylə: “Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada (hər cür eyibdən) pak olan zövcələr və (ən böyük nemət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir və 17-ci ayələrində Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır), “Maidə” surəsinin 69 Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər və 87-ci ayələrində Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz düz danışmaq insani fəzilət və kamal kimi qiymətləndirilmişdir.

Quranın nəzərində düz danışan insanlar o kəslərdir ki, sitayişə layiq olsunlar (“Ali-İmran” surəsinin 15 və 17-ci ayələri). Dost və rəfiqin seçilməsindəki meyardır (“Nisa” surəsinin 69-cu ayəsi), Qiyamət günü insanları biri-birindən ayırmaq üçün olan yoldur (“Maidə”, 119). Ona görə də Allah möminləri əməldə düz danışmağa dəvət edər (“Tövbə” surəsinin 119-cu ayəsi). Çünki axirətdə xilas olmuşlardan olmaq üçün düz danışmaq lazımdır. Əbədi səadətə çatmaq üçün düz danışmağa ümid bəsləməlidir (“Maidə”, 119).
Düz danışmaq insanın inkişaf və tərəqqisinə səbəb olar. Bu yolla mənəvi kamala çatmaq mümkündür. Quranın nəzərində möminin düz danışmağı onun əməlini islah edər, Allaha doğru inkişaf edər. (“Əhzab” 70, 71)

Allah-Təala “Bəqərə” surəsinin 27-ci ayəsində əhdə vəfasızlıq etməyi əxlaqsızlığın nişanəsi kimi göstərmişdir. Əxlaqsızlığın əsas mənası isə qabığından ayrılmaq deməkdir. O zaman ki, “fəsəqətil-təmərə” sözünü deyirlər, yəni mənası budur ki, xurma öz qabığından çıxdı. Fasiq insan o kəsdir ki, bağladığı əhdi pozur. Ona görə də deyə bilərik ki, əhdə vəfasızlıq etmək bir növ qabıqdan çıxmaqdır. Yəni, şəxs batini həqiqətini üzə çıxardar. Öz çirkinliklərini büruzə verər. Ona görə də Quran ayələrində fasiqlər ziyankarlardan hesab edilir.

Allah-Təala İsmayıl peyğəmbər (ə) haqqında buyurur: “Və bu kitabda İsmayılı yad et! Həqiqətən, o, öz vədəsinə sadiq olan və göndərilmiş bir peyğəmbər idi”. (“Məryəm” surəsinin 54-cü ayəsi). Bu ayədə həmin peyğəmbər öz vədinə əməl edən insan kimi tanıdılmışdır. Bu ayənin təfsirində yazılır: “O həzrət bir kişi ilə əhd bağlayır ki, həmin yerdə o kişi gələnə qədər gözləsin. Ancaq o Allah bəndəsi vədəsini yaddan çıxardır və İsmayıl düz bir il həmin yerdə o kişini gözləyir ki, gəlsin”.

Bu məsələ İmam Sadiq (ə) tərəfindən də bəyan edilmişdir ki, Həzrət İsmayıl (ə) üç gün o kişini gözləyir. Bu İsmayıl (ə) peyğəmbər (ə) - İbrahim (ə) peyğəmbərin oğlu deyildir. Bu başqa peyğəmbərdir. O, Cərhəm adlı bir qəbilə üçün göndərilmiş peyğəmbərdir. Onlara öz risalətini çatdırır. Ancaq bu qəbilə ona işgəncə verir, onu çox incidirlər. İmam Sadiq (ə) bu haqda buyurur: “Qəbiləsinin işgəncəsindən sonra Allah onun yanına bir mələk göndərir və o, deyir: “Ey Allahın Peyğəmbəri! Mən sənin Pərvərdigarın tərəfindən göndərilmişəm. O, sənə salam söyləyir və sonra buyurur: “Bu zülmkarların sənə necə işgəncə verdiyini gördüm”. İndi mənə əmr verilmişdir ki, sənin əmrində olum və o qəbilə haqda hər nə əmr etsən, onu yerinə yetirəcəyəm”. Ancaq o, cavab verir: Mən Allah yolunda Hüseynə (ə) iqtida etmiş və onu özümə nümunə və ülgü seçmişəm”.

Bu haqda İmam Səccad (ə) nəql edir: “Əgər İmam Hüseynin (ə) qatili o Həzrəti öldürdüyü qılıncı mənim yanımda əmanət qoysaydı (və mən qəbul etsəydim), mən onu saxlayar və istəyəndə geri qaytarardım”.

Əhdə vəfa etmək-istər şifahi olsun, istərsə də yazılı-təkcə ictimai və əxlaqi məsuliyyət deyildir, həm də Allah tərəfindən verilən bir məsuliyyətdir. Hər bir insanın boynundadır və Qiyamət günü onun hesabını vermək lazımdır. (“İsra”, 43).

Hər bir halda Peyğəmbər (s) və məsum İmamlar (ə) bu məsələyə xüsusi diqqət edirdilər. Misal üçün buyurardılar: “O kəs ki, Allaha və cəza gününə iman gətirirsə, gərək öz vədinə də vəfa etsin”.

Bu haqda Əmirəl-Möminin Əli (ə) də buyurur: “Əhdə vəfa etmək-dindar insanların nişanələrindəndir”. İslamın nəzərincə o kəs ki, öz vədəsinə əməl etmir-dini yoxdur. Çünki o kəs ki, öz sözünün üstündə durmur, imanı olduğunu iddia edə bilməz. Belə ki, sözü ilə əməli bir-birinə uyğun gəlməz. Bu baxımdan Peyğəmbər (s) buyurur: “Münafiqin üç nişanəsi vardır: yalançılıq, əhdə vəfasızlıq etmək, əmanətə xəyanət”. Əmirəl-Möminin Əli (ə) Malik Əştərə buyurur: “İnsanlara vədə verib, ona əməl etməməkdən çəkin. Çünki vədə əməl etməmək Allahı və insanları qəzəbləndirər. Belə ki, Allah buyurar: “Allah yanında çox qəzəbləndirici hal odur ki, əməl etməyəcəyiniz söz verəsiniz”.

İmam Sadiq (ə) buyurur: “Mömin - möminin qardaşı və sankı onun gözü və yol göstərənidir. Ona xəyanət etməz, ona zülm etməz, onu aldatmaz və ona əməl etməyəcəyi vəd verməz”. Vəfasızlıq istər kiçik işlərdə olsun, istərsə də böyük işlərdə-cəmiyyətin etimadsızlığına gətirib çıxarar. İnsanlar bir daha bir-birinin sözünə inanmazlar. Buna görə də cəmiyyətdə sui-zənn və vəfasızlıq artar. Hər kəs başqasının verdiyi sözə şəkk və şübhə ilə yanaşar. Ona görə də həqiqi mömin o kəsdir ki, əməl edə biləcəyi işə görə söz versin.
Nazim Mövlanov (birlik.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930