ALLAHŞÜNASLIQ
Mьəllif: admin1
Tarix: 13-04-2014, 18:19
ALLAHŞÜNASLIQ


Əl-muhəccətul Beyza»: Davudun (ə) xəbərləri barədə deyilir ki, Allah ona vəhy buyurmuşdur: «Ey Davud! Mən müştaqların qəlbini öz razılığımdan yaratdım və onları zatımın nuru ilə naz-nemət içində qərar verdim…»

Davud ərz etdi: «İlahi! Hansı yolla Sənin yanında bu məqama çatdılar?» Buyurdu: «Xoş gümanla və dünyanı, onun əhlini özlərindən uzaq tutmaqla, xəlvətə çəkilib mənimlə münacat etməklə. Bu elə bir məqamdır ki, ona dünya və əhlini kənara qoyan, heç vaxt onu xatırlamayan, ürəyini mənimçün boşaltmayan və bütün yaratdıqlarımdan Məni seçəndən başqa heç kim ona çata bilməz.»

«Əl-muhəccətul Beyza»: «Ey Davud! Məndən üz döndərənlər, onlarçün neçə intizar çəkdiyimi, onlara necə mehr-məhəbbət bəslədiyimi, onların günahı tərk etməsinə necə də həvəs göstərdiyimi bilsəydilər, hər an mənə olan həvəsdən ölər, mənə olan eşqdən bədənləri hissə-hissə bir-birindən qopardı.»

Allahın Peyğəmbəri (s) (Duada): «İlahi! Sənin qəzavü-qədərinə şadlığı, ölümdən sonrakı xoş həyatı, sənin üzünü görməyin ləzzətini, özünü görməyin sevincini dərgahından diləyirəm!»

5697. Allahın Peyğəmbəri (s): «Kim Allahla görüşməyi istəsə, Allah da onunla görüşmək istər. Kim Allahla görüşü xoşlamasa, Allah da onunla görüşməyi xoşlamaz.»

İmam Əli (ə) (Misir camaatına məktubunda): «Mən Allahla görüşün müştağıyam, gözüm yolda, ümidim isə Onun yaxşı mükafatınadır.»

İmam Əli (ə): «Pak olan Allahla görüşü sevən dünyanı yadından çıxarar.»

Quran:
«Əgər onlardan «göyləri və yeri kim yaratmışdır?» deyə soruşsan,onlar mütləq «Allah!» deyə cavab verəcəklər.»

İmam Əli (ə):«Allahın mənası yaradılmışların mat-məəttəl, heyran qaldıqları və pənah aparılan məbuddur. Allah gözlərin görə bilmədiyi, xəyal və təsəvvürlərdən uzaq olan varlıqdır.»

İmam Əli (ə):«Allah adı, Allah-taalanın adlarının ən böyüyüdür. Elə bir ad ki, Allahdan başqasına layiq deyil və bu ad heç bir məxluqa verilməz.»

İmam Baqir (ə):«Allah o məbuddur ki, yaradılmışlar Onun mahiyyətini başa düşməkdə, necəliyindən agah olmaqda mat-məəttəl və heyran qalıblar.»

İmam Rza (ə):«Həqiqətən Allah-taalanın adını çəkmək Onun rübubiyyət və tovhidini bəyan etməkdir.»

İmam Həsən Əskəri (ə):«Allah həmin o varlıqdır ki, bütün yaradılmışlar ehtiyac və çətinliklər zamanı, həmçinin Ondan başqa hər bir şeydən ümidini kəsən vaxt Ona pənah aparır.»

İmam Əli(ə): «Qəlbində Allahı tanımaq və mərifət yuvasını salanın Allahın yaratdıqlarına ehtiyacı olmaz.»

Allahın Peyğəmbəri(s): «Allahı lazım olduğu kimi tanısaydınız, dənizlərin üstündə gəzər, dualarınızla dağları yerindən qoparardınız.»

Allahın Peyğəmbəri(s): « Allahı daha yaxşı tanıyan Allahdan daha çox qorxandır.»

İmam Əli (ə): «Allahı azacıq da olsa tanımaq, dünyaya rəğbətsizliyə səbəb olar.»

İmam Əli(ə): «Allahın əzəmətini dərk edənə özünü böyük sanmaq yaraşmaz. Çünki Allahın əzəmətini dərk edənlərin böyüklüyü, Onun qarşısında təvazökar olmalarına görədir.»

İmam Əli(ə): « Tanımanın son həddi qorxudur.»

İmam Əli(ə): «Allahı ən çox tanıyan insanlar Ondan ən çox dilək diləyənlərdir.»

4089. İmam Baqir (ə): «Allahın yaratdıqlarından İlahi qəzavü-qədərə baş əyməyə ən layiqli olan, Allahı tanıyandır.»
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930