"Onunla görüşən zaman ona mənim salamımı çatdır"
Mьəllif: admin1
Tarix: 1-04-2016, 10:41
"Onunla görüşən zaman ona mənim salamımı çatdır"
Əsərlərin birində deyilir ki, Peyğəmbərin (s) böyük səhabələrindən biri olan Cabir bin Abdullah Ənsari ömrünün axır çağlarında zəifləyib əldən düşmüş idi. Həzrət Baqir (ə) ona baş çəkməyə gedir və əhvalını soruşur, Cabir deyir: “Elə bir haldayam ki, qocalığı cavanlıqdan, xəstəliyi sağlamlıqdan, ölümü həyatdan daha çox sevirəm!”
İmam Baqir (ə) buyurur: “Mən beləyəm ki, əgər Allah məni qoca görmək istəsə, qocalığı daha çox sevərəm, əgər cavan görmək istəsə, cavanlığı daha çox sevərəm, əgər xəstə görmək istəsə, xəstəliyi, sağlam görmək istəsə, sağlamlığı daha çox sevərəm, əgər ölüm versə, ölümü, həyat bağışlasa, həyatı daha çox istəyərəm”. Elə ki, Cabir bu sözləri eşitdi, qalxıb o Həzrətin (ə) alnından öpdü və dedi: “Allahın Rəsulu (s) buyurmuşdu ki, mənim adımı daşıyan övladlarımdan birini görəcəksən. Onunla görüşən zaman ona mənim salamımı çatdır”
İmam Bairi (ə) “əvvəlinci və axırıncı elmləri yaran” adlandırmışlar. Dediyimiz dərəcələrə diqqət yetirməklə məlum olur ki, Cabir səbir əhlinin dərəcəsində imiş və Həzrət Baqir (ə) isə riza mərtəbəsində.

Oxşar xəbərlər
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031