Xanımlar üçün xeyir aqibətin sadə resepti
Müəllif: Admin
Tarix: 23-08-2017, 10:23
Xanımlar üçün xeyir aqibətin sadə resepti
Behişt və aqibət bi-xeyir olmaq hər bir müsəlmanın hədəf və məqsədidir. Ona görə də hər kəs bu hədəfə çatmaq üçün səy göstərir və bu hədəfə çatmaq yolundakı əzm və səydə qadınlar kişilərdən heç də fərqlənmirlər. Hər ikisinin müştərək məqsədi – iman və gözəl əxlaqdır.
Qurani-Kərimdə bu mövzuya dəfələrlə işarə edilmişdir: "Kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir”. ("Nisa” 124).
"Kim pis iş görsə, yalnız onun miqdarında cəzalandırılacaq və kişi və ya qadınlığından asılı olmayaraq, kim mömin halda yaxşı iş görsə, belələri cənnətə daxil olacaq, orada onlara saysız-hesabsız (əməllə müqayisə edilmədən və möminin hesabından xaric həddə) ruzi veriləcəkdir” ("Ğafir” 40).
Ona görə də deyə bilərik ki, müsəlman kişi ilə qadının imanı fərqli deyildir, əsil meyar – təqvadır. Qadınlar da kişilər kimi bütün dini vacibatları yerinə yetirmək üçün səy göstərirlər. Namaz qılır, oruc tutur, həccə gedir, zəkat verirlər. Lakin bütün bunlarla yanaşı, qadın – bir ana və həyat yoldaşıdır. Allah Təala qadına ana və həyat yoldaşı olduğu üçün elə mükafatlar verir ki, aqibət bi-xeyir olmasına səbəb olur. 
Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir qadın yoxdur ki, ərinə bir qurtum su içizdirsin, məgər o halda ki, bu əməl onun üçün bir il gündüzləri oruc tutmaqdan və gecələri ibadət etməkdən daha yaxşıdır. Allah ərinə içizdirdiyi hər qurtuma görə behiştdə onun üçün şəhər salar və 60 günahını bağışlayar”.
Başqa bir hədisdə oxuyuruq: "Elə bir qadın yoxdur ki, ərinə paltar geyindirsin, məgər o halda ki, Allah Qiyamət günü ona behiştin 70 libasından geyindirər. Həmçinin Qiyamət günü behişt hurilərdən 40 kəniz ona verilər ki, (ona) xidmət etsinlər”.
Başqa bir hədisdə oxuyuruq: "O qadın ki, ölüm zamanı əri ondan razı olar – behiştə gedər”.
Yaxud: "O qadın ki, ərinə yeddi gün yardım edər, Allah cəhənnəmin yeddi qapısını üzünə bağlayar və behiştin yeddi qapısını üzünə açar ki, hansı qapıdan istəsə daxil olsun”.
"Elə bir qadın yoxdur ki, ərinin əmrinə itaət etsin və haqqını yerinə yetirsin və yaxşılıqlarını yada salsın, ərinin malına xəyanət etməsin, məgər o halda ki, behiştdə şəhidlərlə onun arasında bir dərəcə fasilə olar. Əgər əri mömin və xoş əxlaqlıdırsa, behiştdə də onun əri olar. Əks halda Allah şəhidlərdən olan kişini onun həyat yoldaşı edər”.
"O qadın ki, Allahdan qorxar və ətəyini qoruyar, ərinə itaət edər – behiştin 8 qapısı üzünə açılar və ona deyilər: "Hansı qapıdan istəsən, daxil ol””.
Bəli, müsəlman qadın bu gözəl əməlləri yerinə yetirərək, aqibətini xeyirli edə bilər. Ərinə yardım etmək deyildikdə, əslində o nəzərə tutulur ki, əri bir çətinliklə üzləşən zaman ona yardım etsin və ürəyində olan qəmi aradan aparsın. Əgər görsə ki, bir səhvə yol verir, ona göstərsin. Ərinin yorğunluğunu aradan qaldırsın. Onu xoş üzlə qarşılayıb, xoş üzlə yola salsın. Həyatında ən yaxın yavəri və sirdaşı olsun.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031