Hicab - haqqəllahdır, yoxsa haqqun-nas?
Mьəllif: admin1
Tarix: 19-05-2020, 10:25
Hicab - haqqəllahdır, yoxsa haqqun-nas?
Ayətullah Cavad Amuli buyurur: "Qurani-Kərim o zaman ki, hicabdan bəhs edir, buyurur ki, hicab qadına ehtiram və hörmət qoymaqdan ibarətdir ki, naməhrəm ona heyvancasına nəzər salmasın. Ona görə də qeyri-müsəlman qadınlara pis nəzərlə baxmamağı caiz bilir.

Bəziləri belə fikilərşirlər ki, hicab qadın üçün bir məhdudiyyət və bir hasardır ki, əri və ailəsi onun üçün hazırlamışdır. Ona görə də hicabı zəiflik nişanəsi kimi görürlər.

Quranın nəzərincə bu şübhələrdən çıxmağın yolu odur ki, qadın dərk etməlidir ki, hicab tək ona aid deyildir ki, desin "mən öz haqqımdan keçirəm”.

Qadının hicabı onun ərinə də aid deyildir ki, əri desin "mən razıyam”. Qadının hicabı onun ailəsinə də aid deyildir ki, ailə üzvləri razılıq versinlər.

Qadının hicabı - İlahi haqdır. Qadına hörmət təkcə özünə aid deyildir, ərinə, qardaşına və övladlarına da aid deyildir. Onların hamısı razı olsa, belə Quran razı olmayacaqdır.

Çünki qadına hörmət Haqqəllahdır. Allah Təala qadını sevgi ilə xəlq etmişdir. Qadının iffəti və isməti haqqəllahdır. Heç kimə aid deyildir. Qadın - İlahi bir əmanətdir.

Bu məqam və heysiyyəti Allah qadına vermişdir. Kişilərə buyurur ki, Mənim bu haqqımı bir əmanət kimi hifz et.

Qadınla kişi əsas meyarlara əsasən eyni hüquqludurlar. Bəzi məsuliyyətlər vardır ki, onları kişilər yerinə yetirməlidir və bəzi məsuliyyətləri də qadınlar.

Ona görə belə nəticəyə gələ bilərik ki, İslama vurulan töhmətlər yersizdir. Belə ki, iddia edirlər ki, İslam cəmiyyətin yarısının hüquqlarını əlindən almışdır.

Bu, çox məntiqsiz bir nəticədir. İkincisi isə qadının zəif və gücsüz bir varlıq olması fikri ta qədim zamanlardan cahiliyyətin bir qalığıdır ki, aradan qaldırılmalıdır.

Üçüncüsü isə əgər kimsə fikirləşirsə ki, qadın elmi və tərbiyəvi məsələlərdən istifadə etməməlidir, gərək bu fikrini aradan qaldırsın. Qadın elmi və maarif məsələlərində kişilərlə eyni hüquqa malikdir.

Dördüncüsü budur ki, qadın evində ərinin həyat yoldaşı olmalıdır və ərinə təmkinlə yanaşmalıdır. Ancaq cəmiyyətdə olanda cəmiyyətin bir üzvü olar.

Bütün bunlara baxmayaraq, İslamın həqiqi dəyərlərini tanıdıqdan sonra bu şübhələrin cavabı aydın olar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930