Ğina nədir? Niyə haramdır?
Mьəllif: admin1
Tarix: 19-10-2022, 11:59
Ğina nədir? Niyə haramdır?
Mərcəiyyətin fətvasına əsasən, müsiqi əgər ğina olarsa, haramdır. Ali dini rəhbər cavanlarla görüşən zaman müsiqi haqqında buyurmuşdu:

“Müsiqi əgər insanı işsizliyə, tənbəlliyə, halsızlığa və həyatın həqiqətlərindən uzaq olmağa sövq edirsə, bu müsiqi halal müsiqi deyildir. O müsiqi ki, insanı Allahı yada salmaqdan, mənəviyyatdan və zikrdən qafil edərsə, bu müsiqi haramdır. O müsiqi ki, insanı günaha və şəhvətə tərəf çəkər – bu müsiqi haramdır”.

Ali dini rəhbərə sual verirlər ki, ğina nədir? Cavab verir ki, ğina – haram məclislərində ən çox üstünlük verilən mahnılardır ki, günah olaraq, həm oxuyana və həm də eşidənə haramdır. Müsiqi çalmaq əgər haram məclislərində olarsa, həm çalan və həm də eşidən üçün haramdır.

Mütəxəssislər müsiqilərin ziyanlı tərəflərindən söz açır və onun ruha və cismi vurduğu zərərlərə işarə edirlər. Müsiqi insanın xəyal qüvvəsini artırar və insana surroqat ləzzətləri daddırar. Müsiqi vüsala səbəb olmaz, vüsal xəyalını təhrik edər. Nəhayət müsiqinin gördüyü iş budur ki, xəyal qüvvəsindən də irəli gedir və zehndə təcəssüm olur.

Məşhur fransiz yazıçısı Viktor Hüqo deyir: “Bizim müsiqidən xoşumuzun gəlməsinin səbəbi budur ki, xəyal və röya aləmlərində gəzərik”.

Bir müsiqinin hünəri ondadır ki, bizi istər-istəməz zehn dünyasında səfər çıxardar və xəyal etməyə dəvət edər. İnsanı elə bir fəzaya aparar ki, ora üçün xəlq olunmamışdır.

Nəhayət, süni olaraq hissləri təhrik olar və insana qalan bu olar və növbəti mərhələdə insan kədərə qərq olar. Nə həmin xəyal dünyasından çıxa bilər və nə də həqiqi dünyaya qayıda bilər.

Bu gün tibb elmi inkişaf etdiyi üçün müsiqinin insan cisminə və ruhuna qoyduğu təsirləri tədqiq etmişdirlər. Alimlər bəyan edir ki, müsiqi sempatik və para-sempatik əsəb sistemlərində pozgunluqlar yaradır.

Buna səbəb odur ki, müsiqinin alçaq və yüksək səsləri vardır ki, sempatik və para-sempatik əsəb sistemlərinin balansını pozar. Nəticədə insan bədənində maddələr mübadiləsi, ürək döyüntüsü, qan təzyiqi öz normasından çıxar və pozular.

İslam dini insanın ruhi və cismi sağlamlığına əhəmiyyət verən bir dindir. İslam dini müsiqinin ğina növü ilə ona görə müxalifdir ki, insanın fərdi və ictimai istedadlarını aradan qaldırar və onun ruhi balansını pozar.

Başqa bir tərəfdən İslam dini buyurur ki, insan gərək hisslərinin əsiri olmasın. Müsiqi onun həqiqi dünyaya olan düşüncələri zəiflədər və təfəkkür qüvvəsində pozgunluqlar yaradar.

Allah Təala Quranda buyurur: “Buna görə də murdar bütlərdən çəkinin və (yalan, böhtan, yalandan şahidlik və mahnı oxumaq kimi batil və) əyri söz(lər)dən uzaq olun”. (“Həcc” 30).

İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: “Əyri söz – həmin ğinadır”.

İmam Sadiq (ə) başqa bir hədisdə buyurur: “O evdə ki, ğina olar – ölümdən, ağrılı müsibətdən aman olmaz və həmin evdə dualar yerinə yetməz”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031