Necə olur ki, Allah bəzilərini bəzilərindən çox sevir?
Mьəllif: admin1
Tarix: 1-11-2022, 10:24
Necə olur ki, Allah bəzilərini bəzilərindən çox sevir?
Allah yaxşı əməlli insanları sevir. Allah bəzilərini bəzilərindən daha çox sevir. Məsələn, İmam Əlini (ə), digər İmamları (ə), Behcət ağa kimi övliyaları xüsusi sevirdi? Bunun səbəbi nədir?

Dünya və axirət dərəcəsinə çatmaq ləyaqət istər. Dünyadakı dərəcələri səy və çalışmalarla əldə etmək olar və bu çalışmaların mahiyyəti dərəcələrin növünü təyin edir.

Məsələn o kəs ki, elmi sahədə çalışır, onun elmi dərəcəsi ticarət sahəsində çalışan insanın dərəcəsindən fərqlənir. Həmçinin o kəs ki, qüdrət əldə etmək üçün çalışır, onun dünyəvi dərəcəsi yuxarıdakı iki nəfərin dərəcəsi ilə fərqlidir. İnsan dünya işlərinə axirət işlərindən daha yaxındır.

Başqa bir tərəfdən isə rifah tələbində olmaq axirəti dəyişə bilər. Bu cür insanların həyatının yarısından çoxu dünyaya və yarısından azı axirətə aiddir.

Ancaq bəzi insanlar vardır ki, mənəvi və axirət dərəcələri əldə etməyə çalışırlar. Bu yolda ancaq o kəslər müvəffəqiyyət qazanırlar ki, daha çox axirət məsələlərinə diqqət edirlər.

Həzrət Əli (ə) ona görə Əli oldu ki, dünyaya üç dəfə boşanma vermişdi. Bu dünyadan ancaq elə şeylər əldə etməyə çalışırdı ki, axirətinə faydası olsun. Behcətlər də o zaman bu məqama çatdılar ki, xaliscəsinə Allah rizasına təslim olmuşdular.

Behcət üçün fərqi yox idi ki, onun fikirlərini qəbul etsinlər, ya da təhqir etsinlər. Onun üçün ən başlıca şey - Allahın rizası idi. Bu insanlar Allahın xüsusi inayətini qəlb gözü ilə görürdülər.

Onlar ki, bu məqama çatmağa çalışırlar, ancaq çata bilmirlər, daha çox insanların nəzərinə diqqət edir və imanı ikinci plana atırlar. Bizim də Behcət və ya hətta İmam Əli (ə) kimi olmağımızı istəyiriksə, gərək bütün varlığımızla Allaha təslim olaq.

Bu dünyadan ancaq axirətə görə bəhrələnək və axirət üçün azuqə hazırlayaq. Bəlkə bu halda biz də Məsumlarımız (ə) kimi Allahın ən sevimli bəndələri ola bilərik.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829