Namaz nədir? Namazın sirri nədir? Namazı necə qılaq? Namazda diqqəti necə cəmləşdirək?
Müəllif: Admin
Tarix: 6-09-2020, 20:52
Namaz nədir? Namazın sirri nədir? Namazı necə qılaq? Namazda diqqəti necə cəmləşdirək?
Böyük rəbbani alim olan Ayətullah Behcət namazın sirlərini bizimlə bölüşmüşdür ki, onların bəzisinə işarə edək.

Alim buyurur: “Namaz – görüşün və Allah hüzurunda olmağın ən uca zamanıdır.

Namaz – ən ləzzətli ləzzətlərlə dolu olan qədəhdir ki, bu cür xoş içki dünyada yoxdur.

Namaz – ubudiyyətin ən əzəmətli nişanəsidir ki, orada Haqqa diqqət edilər.

Namaz – bütün ruhi ləzzətlərdir. Qürbi və mərhələləri vardır. Hər bir qürb məqamının mərhələsi vardır ki, onların ən üstünü namazdır.

Namaz – möminin meracıdır. Elə ki, qiyam üçün qalxırıq, əzəmətimiz olur. Sonra onu rükuda yarıya bölürük. Sonra səcdəyə və torpağa qayıdırıq.

Ola bilsin ki, namazın təkrar olmasının hikməti – seyr etməkdir. Bu mənada ki, hər bir namaz özündən əvvəlki namazdan daha yaxşı və daha üstün olar. Əvvəlki namaz isə sonrakı namazlar üçün zəminə olar.

Bəndənin namazda qiyam etməsi – ubudiyyətini bəyan etməsidir. Səcdəsi – təvazökarlığını göstərər.

Sual verirlər ki, qəlb hüzuru necə hasil olur?

Alim buyurur: Əgər məqsəd qəlb hüzurudursa, müstəhəb ibadətlər və nafilələrlə hasil olar. Qəlb hüzuru əldə etmək odur ki, hüzur zamanı onu bilərəkdən əldən verməyəsən. Qəflət zamanı isə özünə təzyiq göstərməyəsən.

Sual verirlər ki, namazda qəlb hüzurunu necə əldə edək?

Alim buyurur: Diqqət etdiyiniz şeydən bilərəkdən əl çəkməyin. Namazı islah etmək üçün zahiri və batini islah etmək lazımdır.

Zahiri və batini münkərlərdən uzaq olmaq lazımdır. Namazın islah yollarından biri namaz zamanı Həzrət İmam Zamana (ə.f) ciddi təvəssül etməkdir.

Sual verirlər ki, gecə namazı tövfiqi üçün nə edək?

Buyurur: “Kəhf” surəsinin son ayələrini oxumaq. Əgər əlac olmazsa, bu surənin yarısını oxumaq.

Namaz kimi sadə və aşkar bir əməl bəzilərini səmaya qaldırar, bəziləri üçün isə heç bir xəbər olmaz. Bəziləri üçün meracın açarıdır. Bəziləri üçün isə məlum deyildir ki, bu məcun şordur, yoxsa şirindir.

Əgər kimsə bu qədər Quran ayələrinin və hədislərin olmasına baxmayaraq, ondan bəhrələnməzsə, ağlında kəmlik vardır. Namaz qılmaq – onun əhli üçün halva yemək kimidir. Ona görə də namaz qılmaqdan yorulmazlar.

Əmirəl-möminin (ə) buyurur: “Bil ki, bütün əməllərin namazına tabedir”.

Namaz zamanı Allahı zikr etmək – ən yaxşı zikrdir. Namaz – Kəbə kimidir. Namazqılan Kəbəyə və İlahi hərəmə daxil olar, qərara alar ki, təkbir qapısından girib, təslim qapısından xaric olsun”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031