İlahi xof, təkamülə canatma və yalnız Allaha təvəkkül – Qurani-Kərimdə möminlərin xüsusiyyətləri
Mьəllif: admin1
Tarix: 8-02-2016, 20:42
İlahi xof, təkamülə canatma və yalnız Allaha təvəkkül – Qurani-Kərimdə möminlərin xüsusiyyətləri

Allah Təala Qurani-Kərimdə möminlərin bariz sifətlərini bizə tanıdır və buyurur: “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. (“Ənfal” 2).
Bəli, möminlərin ilk sifəti budur ki, bu insanlar çox məsuliyyətli olduqları üçün və ibadətlərini lazımlı şəkildə yerinə yetirib-yetirmədiklərini bilmədikləri üçün Allahın adı zikr olunan kimi qorxar və çəkinərlər. (Tebyan)
Allah Təala “Fatir” surəsində buyurur ki, ancaq alim və agah insanlar Allahdan qorxarlar. Yəni, bu insanların elmi və agahlıqları olduğu üçün Allahdan çəkinərlər.
Möminlərin ikinci sifəti kimi təkamülə can atmaqları bəyan edilmişdir. Belə ki, bu insanlar axtarışdadır və inkişaf etmək, kamala çatmaq istəyirlər. O zaman ki, Quran ayələrini oxuyurlar, onu elə-belə oxumurlar. Ondan bəhrələnmək və imanlarını artırmaq üçün oxuyurlar.
Hər bir canlı varlıq təkamül etməyə can atar. Həqiqi möminlərin imanları diridir və Quran ayələri ilə onu sulayar və cücərdərək böyüdərlər. Gül açar və meyvə verər. Onlar ölülər kimi bir yerdə dayanmazlar. Onlar hər gün təzələnər, fikirləri, imanları yenilənər.
Möminlərin üçüncü bariz sifəti budur ki, ancaq Allaha təvəkkül edərlər. Onların hədəfi o qədər alidir ki, aciz və zəif məxluqlardan əllərini üzər və aləmlərin Xaliqinə üz tutarlar. Onların tək söykənəcəyi Allahdır.
Möminlərin Allah yanında dərəcələri yüksəkdir. Bu, elə bir dərəcədir ki, ölçüsü təyin edilməmişdir. Onlar İlahi bağışlanmağa nail olduqları kimi əbədi nemətlərdən də bəhrələnərlər. Behişt onların müştaqıdır.
“Lakin Allah imanı sizə sevdirdi, onu qəlblərinizdə cilvələndirdi və küfr, itaətsizlik və günahı nəzərinizdə nifrətə layiq etdi(ki, məhvdən nicat tapasınız). (Doğru) yolu tapmış kəslər belələridir”. (“Hucurat” 7).
O zaman ki, Allah Təala bir insanın kamil olmasını istəyir imanı ona sevdirir, onu qəlbinə salır və onu hər bir günahdan uzaq edir. Bu yolla nicat tapması üçün lazım olan zəminələri hazır edir.
Hər bir insan nicat tapa bilər. Lakin bunun üçün səy göstərməsi və iman sahibi olması lazımdır. Bu insan kamala can atmalı və hər bir şəraitdə özünü pisliklərdən qorumalıdır. Əgər bu İlahi nemətləri qoruya bilsə, yəni imana eşqi və günaha nifrəti qoruya bilsə, inkişaf edər və hidayət olar.
Bu, elə bir qanundur ki, xüsusi zaman və məkanı yoxdur. Hər bir insan öz fitri sifətlərini qoruyaraq, nicat əhli ola bilər. Bunun üçün də imanı sevməli, günaha və küfrə nifrət etməlidir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930