Qızımızı hansı ruhda tərbiyə edək? - ARAŞDIRMA
Müəllif: admin1
Tarix: 23-12-2020, 10:30
Qızımızı hansı ruhda tərbiyə edək? - ARAŞDIRMA
Əvvəllər layiqli bir qızın bir tərifi var idi: ev işlərini görə bilən nəcib və əxlaqlı qız layiqli qız hesab edilərdi. O qız ki, evdə də, bayırda da iffətli olar və naməhrəmlə rabitə qurmağı sevməz, valideynlərinin və ərinin sözünü eşidən olar...

Ancaq bu gün vəziyyət tamamilə dəyişmişdir. Bu gün dəyərlər dəyişmişdir və bir qızın naməhrəmlə saatlarla söhbət etməsi və telefonda çatlaşması çoxları tərəfindən heç də mənfi qaşılanmır.

Bu gün əgər mətbuatın dili ilə layiqli qızı tərif etmək istəsələr, həyatda müvəffəqiyyət qazanan qızlar termininə vurğu edərlər. Bir qız ki, müəyyən zəminədə müvəffəqdir, məsələn, çempiondur.

Bu qızda istər nəcibliyin və əxlaqın nümunəsinə rast gələsən, istər də gəlməyəsən, bir qadının ev işlərində bilməli olduğunu istər bilsin, istərsə də bilməsin, ana olmaq ləyaqətinə istər malik olsun, istərsə də olmasın - onu layiqli bir qız nümunəsi edib cəmiyyətdə tanıdırlar. Belə yanaşmada zahir mühüm olur, dəyərlər deyil.

Həyat göstərir ki, məşhur bir insan, həm də yaxşı həyat yoldaşı olmaq deyildir. Bəzən də yaxşı bir idarə müdiri olan qadın yaxşı bir ana olmaq demək deyildir.

Əksinə, ola bilər ki, bu günün texnologiyasından agah olmayan və savadı az olan bir ana daha çox yaxşı ana ola bilər.

Bu gün qızlarımızın həqiqi xanım ruhiyyəsində tərbiyə olmağa ehtiyacları vardır. Bir qadının elmli və savadlı olması da dəyərdir. Ancaq bir qızın ana və ya yaxşı həyat yoldaşı olmağına kölgə salmamalıdır.

Bir qız o zaman səadətə çatar ki, həqiqi xanımlıq sifətinə bürünər. Bu gün qadınların çoxunun depressiyaya düşməsinin səbəblərindən biri də budur ki, qadınlıq ruhiyyəsindən uzaq düşüblər.

Bir qız əgər xanım olduğunu dərk edərsə, ruhu sağlam olar. Qadın zəif və lətifdir və o, kişi kimi deyildir. Əgər bir qadın kişi kimi hədəflərə malik olub, onların meydanına qədəm basarsa, zərifliyini və qadınlığını itirər. Hər gün öz qadın dünyasının lətafət və zərifliyindən məhrum olar.

Ona görə də gərək qızlarımıza hələ kiçik yaşlarından elə mədəniyyət və peşə dalınca getmələrini istəyək ki, qadınlıq ruhiyyəsini əldən verməsinlər. Qızlarımız bunu dərk etməlidirlər ki, onların ilk vəzifəsi - yaxşı həyat yoldaşı və yaxşı ana olmaqdır. Sonra isə peşə və sənət gələr.

Beləliklə, layiqli qadın o qadındır ki, həm yaxşı həyat yoldaşı olsun, həm də yaxşı ana, həm də yaxşı vətəndaş. Belə bir qadın şübhəsiz ki, elm meydanında da müvəffəq ola bilər. Layiqli qadın o qadındır ki, iffətini qoruyar, nəcibdir, sağlam ailəyə malik olar, saleh övladlar tərbiyə edər.

Layiqli qadın o qadındır ki, Allahın buyurduqlarına əməl edər, vacibatlarını yerinə yetirər. Valideynlərinə və həyat yoldaşına qarşı olan haqlarını tanıyar və onlara riayət edər.


Oxşar xəbərlər
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031