İmam Zamanın (ə.f) ikinci naibə məktubu
Mьəllif: admin1
Tarix: 5-07-2022, 10:06
İmam Zamanın (ə.f) ikinci naibə məktubu
İmam Zamanın (ə) ikinci naibinin dövrü başqa naiblərin dövründən olduqca ağır və təhlükəli oldu.

Birinci naib dünyadan getdikdən sonra İmam Zaman (ə) onun oğlu Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səid Əmri Əsədi Kufini özünün canişin və naibi təyin edir. Həzrət tərəfindən başsağlığı məktubu göndərilir:

Məktubda yazılırdı ki, həzrət tərəfindən Məhəmmədə göndərilir:

انا لله و انا الیه راجعون

"Biz Allah üçünük , Allaha tərəf də qayıdanlarıq”

Onun fərmanına tabe, qəza və qədərinə razıyıq.

Atan izzətlə, başıuca yaşadı və nailiyyətlərlə dünyadan getdi. Allah onu rəhmət etsin, övliya, dost və sərvərlərinə qovuşdursun..

O həmişə pak imamların fərmanına yüksək səylə itaət edər, böyük Alllah və yolgöstərən (haqqa yönəldən) imamlara yaxınlaşdırcaq addımlara xüsusi diqqətlə yanaşardı. Alhah üzünü ağ, nurani və təravətli etsin, təqsirlərindən keçsin!

Allah sənə əcr verisn və bu müsibətdə səbr əta etsin. Həm sən yas və müsibətə batıbsan, həm də Biz. Onuun müqaviməti sən və Bizi tənhalıq və ayrılıq qəm - kədərinə giriftar etdi. Allah öz mərhəməti ilə onu son mənzilində razı (şad və rahat) etsin.

Atanın böyük xoşbəxtliyindən biri budur ki, Allah sənin kimi bir övladı ona ruzu edib ki, atanın canişini və onu işlərində yerini tutan (naib) ola və ona rəhmət istəyəsən.

Və Mən deyirəm ki, şükr Allaha, zira ki, şiələrin qəlbi sənin məqam və yerinə, Rəbbin sənə və və səndən qabaqkılara əta etdiyinə razı, fərəhlə dolu və şaddır.

Allah sənə kömək olsun, güclü və sabit - qədəm saxlasın, uğurlar nəsib etsin, sənin qəyyumun, pasibanın və (hər şeyə) kifayət edənin olsun.


Oxşar xəbərlər
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930