Müctəhidlər arasında belə əhatəli biliyə malik olanı yoxdur!
Mьəllif: admin1
Tarix: 16-10-2017, 21:02
Müctəhidlər arasında belə əhatəli biliyə malik olanı yoxdur!
Ayətullah Mürtəza Tehrani “Pasdare-İslam” jurnalı ilə söhbətdə (tasnimnews.com) Cənab Rəhbər Ayətullah Xamenei haqqında buyurub:

Ayətullah Xameneinin 15-16 yaşı olandan onu tanıyıram. Yada salacağım bəzi nöqtələrdən özü də xəbərsizdir, eşitsə təəccüblənəcək. 62-63 il qabaq mərhum atamın tövsiyəsi ilə Tehrandan Məşhədə hicrət etdim. Məşhəddə mərhum Seyid Əhməd Müdərris Yəzdinin Lümə dərslərində Ağanın böyük qardaşı ilə tanış oldum. Aramızda dostluq rabitələri yarandı. Ağa da arabir cümə axşamları qardaşı ilə birlikdə bizə gələrdi. İlk görüşdən diqqətimi cəlb etdi. O təqvalı bir ailədən idi. Mən camaat namazını Ağanın böyük qardaşının arxasında qılardım. Sonra Quma getdim. Ağa da Quma gəldi. Elə o zamandan onun pak ruhiyyəsinə şahid idim...

Atasına ehtiramı qeyri-adi idi. Şübhəsiz bütün bunlar insanın həyatına təsirlidir. Ağa Qumda Ayətullah Hairinin dərslərində iştirak edirdi. Ağa kimi istedadlı bir insan üçün bu dərslərdə altı ay iştirak etmək bəs edirdi ki, fiqh əsaslarını kamil öyrənsin. O, iki istiqamətdə ciddi çalışırdı. Biri fiqh və üsul təhsili, o biri nəfsin tərbiyəsi idi. Bu işi hazırda da davam etdirir. Mən onun çıxışlarını, fəaliyyətlərini izləyirəm, görürüəm ki, dayanmayıb, təlaşdadır. Şübhəm yoxdur ki, müctehidlər arasında belə əhatəli biliyə malik olanı yoxdur. Hətta fiqhi suallara cavab verəndə təqvası hiss olunur. Mən Musa Sədri, mərhum Behiştini, Məhəmməd Baqir Sədri yaxından tanımışam. Amma Ağanın yeri başqadır.
Bir çatışmazlıq görəndə onun səbəbkarını düzgün tanımalıyıq. Həzrət Əlinin (ə) də dövründə çatışmazlıq vardı. Yoxsa bu çatışmazlıqların müqəssiri Əli idi? Əsla!
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930