Ayətullah Xamenei sürgündə vəhdət həftəsi keçirdi!
Mьəllif: admin1
Tarix: 5-12-2017, 14:50
Ayətullah Xamenei sürgündə vəhdət həftəsi keçirdi!
Ayətullah Vaizzadə Xorasani Cənab Rəhbərin sürgün illərini yada salır

Ayətullah Xamenei bir müddət Qumda oldu, Ayətullah-üzma Bürucerdi, Ayətullah Seyid Sədrəddin Sədrin düşüncələri ilə tanış oldu. Ayətullah-üzma Bürucerdi İslam vəhdəti məsələsində çox ciddi idi və Qahirədə Darut-təqribi himayə edirdi. İmam Xomeyni (r) inqilabdan qabaq və sonra müsəlmanların, xüsusilə sünnə əhli ilə şiələrin vəhdətinə xüsusi önəm verib.

Bir dəfə buyurdu ki, sünni-şiə ixtilafından dəm vuranlar nə sünnidir, nə də şiə! Ayətullah Xamenei də elə başlanğıcdan vəhdət tərəfdarı olub. Rəhbər sünni məzhəbli məntəqəyə, Zahidana sürgün ediləndə sünnilərlə dostluq edirdi. Bu dostluq indi də davam edir. Ayətullah Xamenei vəhdət yolunda ciddi addım atıb İslam Məzhəblərinin Yaxınlaşması Assambleyasını yaratdı. Bu barədə xatirələr var:

Bəlucestanda sürgündə idim. O zamandan həmin məntəqənin sünni alimləri ilə dostluğum davam edir. Qərara gəldik sünni-şiə ittifaqı nişanəsi olaraq vəhdət həftəsi keçirək. İslam Peyğəmbərinin (s) səadətbəxş mövludu sünni rəvayətlərinə əsasən 12 rəbiüləvvələ, şiə rəvayətlərinə əsasən 17 rəbiüləvvələ təsadüf edir. İranşəhrdaə 12 rəbiüləvvəldən 17 rəbiüləvvələ qədər vəhdət həftəsi keçirdik...



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930