“Allahı və dini təbliğ edək, özümüzü deyil”
Mьəllif: admin1
Tarix: 7-04-2020, 10:46
“Allahı və dini təbliğ edək, özümüzü deyil”
Ustad Kazım Siddiqi deyir: "Tələbə gərək Allahı və dini təbliğ etsin, özünü deyil. Allaha söykənmək lazımdır ki, Allah bizə hər şey versin. Həzrət Ayətullah Behcət mənə demişdi:

"Siz ki, minbərin yuxarısında əyləşirsiniz, özünüzü də yuxarıda görməyin. O zaman ki, başqaları üçün söz danışırsınız, özünüzü qulaq asanlardan biri kimi görün.

İmam Əlinin (ə) sözlərindən deyin ki, İmam Əlinin (ə) sözlərini də eşidəsiniz. Sizə qulaq asanlar sizin müştəriləriniz deyillər. Onlar Peyğəmbərin (s) və İmamların (ə) müştəriləridirlər.

Çalışın ki, onların dəyərini bildirə biləsiniz, özünüzün deyil. Xütbə deyən əgər özünü yuxarıda görərsə, bu çox nigaranedici bir hal olar. Çünki Quran buyurur ki, axirəti o kəslər üçün qərar vermişik ki, dünyada üstünlük ardınca olmasınlar.

İnsan əgər Allaha dəvət etmək yerinə özünə dəvət edərsə, bu insanın heç bir bəhrəsi olmaz. İnsanın Allahdan ayrılmasına səbəb olar. İnsan o zamana qədər ki, İlahi əxlaqa yiyələnməyib, ruhani xüsusiyyətlərinə malik ola bilməz.

Əxlaqi tərbiyəyə yiyələnməyin ilk şərti budur ki, insan başqalarına dediklərinə özü də əməl etsin. Məbada başqaları bizdə nəyisə eşidib ona əməl edər və bizdən qabağa düşərlər.

Alimlər və təbliğatçılar özləri üçün şəxsi hesab açmamalıdırlar. Onlar özlərini, qəlbləri Allahla tanış edən səfir hesab etməlidirlər. Bu, Allaha dəvətin ilk addımıdır.

Özünü başqalarından alçaqda görmək və özü üçün hesab açmamaq - tərbiyənin mühüm amillərindəndir. İxlasa çatmağın tək yolu da budur. Müştəri tapmamışdan qabaq özümüzlə Allah arasında hesab açaq.

Allahdan problemlərimizin həllini istəyək. Elm təkbaşına bizə nicat gətirə bilməz. Elm təkbaşına insana tufanlardan nicat verə bilməz. Bu tufanlardan amanda qalmaq üçün Əhli-beytə (ə) söykənməliyik”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930