Səbir nədir? Səbri necə gücləndirmək olar?
Mьəllif: admin1
Tarix: 23-03-2020, 18:12
Səbir nədir? Səbri necə gücləndirmək olar?
Səbir – saliklərin məqamı, İlahi inayəti və feyzi dərk etməyin ən mühüm zəminəsidir. Məsum İmamlar (ə) səbirlərinə və möhkəm əzmlərinə görə imamət məqamına nail olmuşdular.

“Səbir etdikləri və ayələrimizə (Tövratın ayələrinə) yəqinliklə inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən imamlar təyin etdik”. (“Səcdə” 24).

Səbir dedikdə insanın hər bir müsibət və xoşagəlməz hadisə qarşısında hövsələ və dözüm gəstərməsi nəzərdə tutulur. Səbir dedikdə insanın zilləti, məğlubiyyət qarşısında təslim olması nəzərdə tutulmur. Səbir insana yeni bir həyat səhifəsi açır ki, Allaha daha çox yaxınlaşsın, xarlıq və zillətdən uzaq olsun.

Səbrin 3 növü vardır ki, hər biri üçün də özünəməxsus əcrlər təyin edilmişdir. Müsibət qarşısında səbir etmək, itaət qarşısında səbir etmək, günah qarşısında səbir etmək.

Bəs nə edək ki, səbrimizi gücləndirək, çünki bu müasir həyatımız başdan-başa bizi sınayır və xoşagəlməz hadisələrlə doludur. Bəzən taqətdən düşür və səbrimizi əldən veririk. Nə edək ki, səbrimiz daha güclü olsun?

1. Hədəfə iman bəsləmək. Hədəfə iman bəsləmək insanın batini və daxili mühərrikidir ki, hədəfə tərəf çəkər. Çətinlikləri insan üçün asan edər. İnsanın getdiyi yola hər nə qədər imanı çox olarsa, çətinliklərə dözmək və səbir etmək də bir o qədər asan olar.

“Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).

2. Təqva. Mömin insanın ən mühüm müvəffəqiyyət rəmzi – onun təqvasıdır. Təqva çətinlikləri insan üçün asanlaşdırar və yolu hamar edər. “Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər”. (“Təlaq” 4).

3. Dünyanı tanımaq. Səbri təmrin etməyin ən yaxşı yollarından biri – dünyanı tanımaqdır. Bu dünya fanidir və burada savab və cəza yoxdur.

Bu dünya imtahan dünyasıdır və hər birimiz cavidan dünya üçün xəlq olmuşuq. Əgər insan bu həqiqəti qəbul etsə, o zaman səbri güclənər və daha çox müqavimət göstərə bilər.

“Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur)”. (“Bələd” 4).

4. İlahi vədəyə ümid bəsləmək. Əgər insan Allahın verdiyi bu vədəyə iman bəsləsə: “Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!”. (“Şərh” 6).

O zaman çətinliklər onun üçün asan olar, çünki bilər ki, çətinliklərin ömrü qısadır və mütləq asanlıq gəlib çatacaqdır.

5. Tarixi təcrübə. Keçmişdəkilərin tarixinə nəzər salmaq və onların həyat hekayələrindən ibrətlər götürmək insanın səbrini gücləndirər və daha müqavimətli edər.

İnsan əgər başına gələnlərin ancaq ona aid olduğunu bilərsə, o zaman səbirsizlik göstərər və taqəti azalar. Ancaq əgər onun başına gələn müsibətlərdən də ağırını tarixdə müşahidə etsə və ondan ibrət götürsə, o zaman səbir və hövsələsi artar.

Qurani-Kərimdə bu nöqtəyə işarələr vardır: “Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təkzib olundular. Beləliklə onlar edilən təkzib və əziyyət müqabilində səbr etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi”. (“Ənam” 34).

6. Əxlaqlı və səbirli insanlarla ünsiyyətdə olmaq.

7. “Əsr” surəsini çox oxumaq.

8. Səbir haqqında gələn hədisləri mütaliə etmək.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930