Səbrin növləri və savabları. İnsanın səbrini gücləndirən amillər
Mьəllif: admin1
Tarix: 4-04-2015, 22:50
Səbrin növləri və savabları. İnsanın səbrini gücləndirən amillər

Səbir – Allah yolunun yolçularının bariz sifətlərindəndir. Məsum İmamlarımız (ə) böyük səbir və möhkəm əzmlərinə görə imamət məqamına çatmışdılar. “Səbir etdikləri və ayələrimizə (Tövratın ayələrinə) yəqinliklə inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən imamlar təyin etdik”. (“Səcdə” 24).
Səbir dedikdə hər bir xoşagəlməz hadisə qarşısında möhkəm və dözümlü olmaqdır. Həzrət Peyğəmbər (s) səbiri üç yerə bölür və hər birinin savabını zikr edir.
Həzrət Peyğəmbər (s) buyurur: “Səbir üç cürdür: müsibətdə səbir etmək, itaətdə səbir etmək, günahda səbir etmək. O kəs ki, müsibətə səbir edər, o zamana qədər ki, müsibət qayıdar və şiddətini yaxşılıqla dəf edər - Allah ona 300 dərəcə yazar və hər dərəcə arasındakı məsafə yerlə göyün məsafəsi qədərdir. O kəs ki, itaətdə səbir edər - Allah ona 600 dərəcə yazar və dərəcələr arasındakı fasilə yerin dərinliyi ilə ərşə qədər olan məsafə qədərdir. O kəs ki, günahda səbir edər - Allah ona 900 dərəcə yazar. Dərəcələr arasındakı məsafə yerin sonundan ərşin sonuna qədər olan məsafə qədərdir”. (Tebyan)
Səbiri gücləndirən amillər:
1. Hədəfə iman bəsləmək. Hədəfə iman bəsləmək batini bir mühərrikdir ki, insanı hədəfə tərəf çəkər. Çətinlikləri onun üçün asan edər. Səbəb olar ki, insan çətinliyə düşən zaman sakit ürəklə yoluna davam etsin. Getdiyi yola imanı hər nə qədər çox olarsa, çətinliklərə dözmək də asan olar. “Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).
2. Təqva. İnsanların səbrini gücləndirə bilən amillərdən biri də təqvadır. Çox sayda Quran ayələri bunu təsdiq edir və buyurur: “Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər”. (“Təlaq” 4). “Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir”. (“Ənfal” 29).
3. Dünyanı tanımaq. Hər kim dünyanın keçici bir dayanacaq olduğunu dərk etsə, səbiri daha da çox olar. İnsan dərk etsə ki, müxtəlif imtahanlar vermək üçün bu dünyaya gəlmişdir və bu dünyada əbədi şadlıq və rahatlıq yoxdur, o zaman daha səbirli və dözümlü olar.“Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur)”. (“Bələd” 4).
4. İlahi vədəyə ümid bəsləmək. “Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!”. (“Şərh” 6). İnsan bilsə ki, bütün bu hadisələr Allahın gözü önündə baş verir və O, bütün bunlardan agahdır, çətinliyə dözmək onun üçün daha asan olar.
5. Tarixi təcrübə. Keçmişdə yaşayanların həyatı hər birimiz üçün ibrət dərsidir. Onların İlahi imtahanlar qarşısında necə rəftar etdikləri və necə özlərini aparmaqları hər birimizə bir həyat dərsi verə bilər. İnsan əgər bilsə ki, bu imtahanlar tarix boyu olmuşdur və olacaqdır da, o zaman bu çətinliklərə dözmək onun üçün daha asan olar. Çünki bilər ki, o, ilk imtahana çəkilən insan deyildir. “Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təkzib olundular. Beləliklə onlar edilən təkzib və əziyyət müqabilində səbir etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi”. (“Ənam” 34).
6. Səbirli insanlarla yoldaşlıq etmək.
7. Səbirlə bağlı gələn hədisləri oxumaq.
/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031