Quranda namazın vaxtları haqda ayələr
Mьəllif: admin1
Tarix: 16-02-2020, 11:00
Quranda namazın vaxtları haqda ayələr
Quran ayələrində, bəzən işarə ilə bəzən də aşkarcasına namazın vaxtları bəyan olunub. Onlardan “Hud" surəsində belə buyurur:

“Namazı, gündüzün iki başında və gecənin əvvəllərində qıl! Həqiqətən, yaxşı əməllər pis işləri (və onların təsirlərini) yuyub aparar. Bu, yada salanlara öyüd-nəsihət və xatırlatmaqdır.(Hud-114)”

Ayədəki, “gündüzün iki başı”ndan məqsəd, gündüzün iki tərəfində olan, sübh və məğrib namazıdır. Ərəbcə "züləf" sözü "zülfə" sözünün cəm şəkli olub, gecənin başlanma və gündüzə yaxın vaxtına deyilir. Beləliklə, ayədə "işa namazı" nəzərdə tutulur.

On iki məsum İmamlardan (ə) bizə çatan rəvayətlərdə həmin üç namaza, “sübh”, “məğrib" və "işa" namazlarına işarə olunduğu bildirilir.

"İsra"surəsində buyurur:

“Günortadan gecənin qaranlığınadək namaz qıl. (Günorta və əsr namazlarını günortanın əvvəlində, məğrib və işa namazını isə gecənin əvvəlində qıl. ) Sübh namazını da qıl. Çünki, sübh namazı gecə və gündüz mələklərinin müşahidəsindədir.(İsra-78)”

“Fəcr Quranı”, sübh namazına işarədir. Bu ayədə namazın beş vaxtına işarə olunub. "Bəqərə" surəsində oxuyuruq:

“Namazlara, xüsusilə orta namaza riayət edin və Allaha itaət üçün ayağa qalxın.(Bəqərə-238)”


Namaz.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930