21-Cİ ƏSİRDƏ GƏNCLİYİN PROBLEMLƏRİ
Halbuki cahiliyyə dövründə belə hicab (örtünmək) azadlığın şüarı idi. Azad qadınlar hicablı idilər. Cariyələr (qadın kölələr) isə açıq və saçıq idilər.
AVARƏLİK VƏ MƏNLİK PROBLEMİ Avarəlik, başıboş və heç bir məqsədi olmayan, özünü həyatın təbii axışına buraxmış mənasında təsvir edilir. Həyatı külək olaraq düşünsək, avarələr o külək qarşısında ot kimidirlər. Külək hansı tərəfə əsərsə ot həmin istiqamətə əyilər. Bugünkü gənclik özünə Mən kiməm? Nəçiyəm? Haradan gəldim? Hara gedirəm? suallarını vermir. Allah (cc) Zariyat surəsinin 56-cı ayəsində buyurur: “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!” Bu ayədə göründüyü kimi insanın təbii olaraq gənclərin bir missiyası və hədəfi var: Allaha ibadət etmək. Bu ibadət namaz qılmaq, oruc tutmaq, həccə getmək ... İle məhdud deyil. Bütün bunların yanında birdə həyat tərzi var. Hansı ki, insana düşünmə, oxuma-anlama, qavrama və həyatında tətbiq ilə missiyasını yerinə yetirməkdən ibarətdir. Bu günkü gənclərin əksəriyyəti bütün bunlardan çox uzaqdadır. Gənclərin bütün bunlardan uzaq qalmasının səbəbləri sadəcə öz psixologiyalarından qaynaqlanmır. Məqsəd yönlü bəşəri ideologiyalar gəncləri bu avarəlik və mənlik bataqlığına itələyir. 21-ci əsir sekulyarizm əsridir. Sekulyarizm - dinin insanların düşüncə və hərəkətlərində və cəmiyyətdəki institutlar üzərində təsirinin azalmasıdır. İnsanlar daha çox dünyaya bağlanmış, mənfəət güdür və maddiyət arxasıyla gedirlər, mənəviyyət isə bir kənara atılıbdır. Gənclər bataqlığa atılıblar və bataqlığın içindən xilas olmaları bir yana, hətta bataqlığda olduqlarının bilə fərqində deyillər. Biz bilirik ki, Allah (cc) insanı üfunətli palçıqdan yaradıb ona fiziki bir şəkil verdikdən sonra öz ruhundan üfürmüşdür. Yəni insan iki ölçüdən ibarətdir. Biri üfunətli palçıq (maddə), digəri isə Allahın ruhu (mənəviyyat). 21-ci əsrin gəncliyi insanın yalnız maddədən ibarət olan ölçüsünü, yəni üfunətli palçığı seçibdir. Mənlik anlayışı isə insanın yalnız öz maraqlarını düşünməsi və bu maraqlar üçün mübarizə apardığı zaman hər şeyi mübah bilməsidir. Əli Şəriəti “İnsanın dörd zindanı” adlı əsərində bu zindanların sadəcə ilk üçünü zikr edəcəyini bildirmişdi. Bunlar, natüralizm (təbiət zindanı), tarixi zindan və sosioloji zindan. Şəriəti bu ilk üç zindandan xilas olmanın elm və texnologiyayla mümkün olduğuna işarə etmişdi. Dördüncü zindan isə mənlik zindanıdır; bu zindandan elm, məntiq və texnologiya ilə çıxmaq mümkün deyil. Bu zindandan xilas olmaq ancaq eşq və din ilə mümkündür. Yəni insanın ikinci ölçüsü, mənəviyyat ilə. QADIN, ŞƏHVƏT VƏ EŞQ PROBLEMİ 21-ci əsrin bir çox qadınları arsızlıq və iffətsizliyi azadlıq şüarı hesab edirlər. Hicabı (örtünmək) isə köləlik kimi tanıdırlar. Halbuki cahiliyyə dövründə belə hicab azadlığın şüarı idi. Azad qadınlar hicablı idilər. Cariyələr (qadın kölələr) isə açıq və saçıq idilər. Cariyə ilə azad qadının fərqi hicab ilə müəyyən olunurdu. Həmin şəxslər hicabı xəstəlik kimi görürlər və bu xəstəliyin çarəsi isə açıq-saçıqlıqda olduğuna inanırlar. Onlar bu dərmanı içərək damarlarındakı qanlarına, oradan da ürəklərinə göndərərək özgür olduqlarını zənn edirlər. Halbuki həqiqi köləliyin zirvəsində yaşayırlar. Şəhvət ilə eşq o qədər iç-içə girib ki, günümüzün gəncliyi şəhvəti eşq olaraq xarakterizə edir. Əgər eşq Leyla ilə Məcnunun, Aslı ilə Kərəmin, Fərhat ilə Şirinin yaşadığı eşqdirsə, o zaman bu eşq bəyənilmişdir. Amma bu günün gənci eşqi cinsəllik ilə qarışdıraraq, eşqin paklığını ləkələyir. Məhəmməd İqbal deyir: Eşq Məhəmmədin gönlüdür, Eşq Cəbrailin qanadıdır, Eşq Allahın elçisinin sözüdür, Xəlilin sədaqəti də eşqdir, Hüseynin səbri də, Həyat Bədirdə, Hüneyn də döyüşdür eşq. Elvir Həsənov Oxşar xəbərlər
|