Hicabsızlığın cismani zərərləri
Müəllif: Admin
Tarix: 18-03-2020, 10:09
Hicabsızlığın cismani zərərləri
Hicab, təzəliyini və sağlamlığını qoruyub saxlayan meyvə qabığına bənzəyir. Nə qədər ki, qadınlarda bu hicab və iffət var təravət, gözəllik, yenilik və sağlamlıqdan bəhrələnirlər. Amma hicabı açan kimi sağlamlıq və gözəllik də aradan gedir.[1]

Allahın vacib buyurduqlarından biri də hicabı qorumaqdır ki, bir çox mənəvi, ictimai, ailəvi, ruhi və hətta cismi mənfəətlərlə doludur.
Bu yazıda ixtisara riayət etmək üçün çox qısa şəkildə cismani zərərlərə işarə olunur.

Hicabsızlığın cismani zərərləri

Hicabsızlar üçün mütəmadi olaraq vəhşicəsinə cinsi təcavüzlərə məruz qalmaqdan, qətldən və bəzən müqavimət göstərdikdə kobudcasına döyülməkdən artıq zərər nə ola bilər. Bəzən də bu təcavüzlərin sonu xəstəliklərlə nəticələnir.

Statistik məlumatlara görə İsveçdə qadın hər 20 dəqiqədən bir döyülərək yaralanır və hər 3 saatdan bir təcavüzə məruz qalır. [“Beheşte cəvanan”, səh.235,”]

Hicablı qadınlar üçün cinsi və cismi təhlükəsizlikdən artıq hansı faydaları bəyan etmək olar?

"Nyu-York Tayms"ın müxbirinin hicab barəsində etdiyi söhbət

"Nyu-York Tayms"ın müxbirinin "İslama sığınan qadınlar yeni bir təhlükəsizlikdədirlər" sərlövhəli məqaləsində müsəlman xanımlarının günü-gündyən hicaba gəlməsinə işarə edərək yazır: Hansı iş bu qayıdışa səbəb olub? Elə bir qayıdış ki, sözün əsl mənasında şəxsi və ictimai azadlıqlarda formalaşmışdır.

Bunun cavabını islamçıların Orta Şərqin modern cəmiyyətinin ruhuna kişi və qadınına bəxş etdikləri uca məqam və dəyərdə axtarmaq lazımdır.

Hicab qadının izdihamlı şəhərlərdə rahat fəaliyyət göstərməsinə əlverişli şərait yaradır və ətraf şəhərlərdən paytaxtda iş axtarmağa gələn cavan kişilərin onlara mane olmasının qarşısını alır.

Bu geyim (hicab) ətrafında olanlara bir xəbər çatdıraraq deyir: "bu bir nəcib qadındır. Onunla işiniz olmasın". Həmçinin qadına heç bir cinsi təcavüzlərə məruz qalmadan şəhərin cəmiyyətlə dolu olan nəqliyyat vasitələrindən istifadə etməyinə kömək edir.

Hicabsızlıq və qətl

Qətldə ittiham olunan bir cavanı tuturlar. Ondan nə üçün bu iyrənc əməli gördüyünü soruşurlar.

Cavabında deyir: "Subay oğlan idim. Min bir zəhmətlə orta məktəb şəhadətnaməmi alaraq universitetə qəbul oldum."

Orada gözüm universitetin həyətində və auditoriyasında gəzib-dolaşan, deyib-gülən və əslində, heç bir şeyə riayət etməyən gözəl-hicabsız qızlara düşdü.

Mən də cavan bir oğlan, yavaş-yavaş onlarla dostlaşmağa başlayaraq çox məharətlə onlardan birini aldadaraq onunla evlənəcəyimi bildirdim.

Bir müddət keçdikdən sonra o hamilə olduğunu bildirib, "məni gərək alasan" dedi. İqtisadi vəziyyətimin münasib olmadığı üçün onunla bu gündə-sabahda evlənəcəyimə söz verdim. Nəhayət, bir gün işimiz böyük bir söz-söhbətə səbəb oldu. Onunla dava etdim. Özümə gələndə onu boğub öldürdüyümü anladım.

Hicabsızlıq cinsi təcavüzləri azaldırmı?

Bəzilərinin fikrincə, əgər çılpaqlıq mədəniyyəti artarsa, yavaş-yavaş onun adiləşməsinə səbəb olar və bir də heç vaxt ona tərəf meyilli olmazlar. Bu fikir cinsi baxımdan hardasa düz ola bilər. Amma daxildən gələn bir hərarət, təhrikedici səhnələrə baxdıqca sönmək əvəzinə daha da alovlanacaq. Bu belə olsaydı, Qərbdə cinsi təcavüzlər azad şəkildə olmazdı.

"Plaintruth"-un yazdığına əsasən, əvvəllər hər 34-dəqiqədən bir olan təcavüzlərin sayı indi hər 14-dəqiqədən birə çatıb. "Amerikalı Nyuzvik" jurnalının yazdığına əsasən isə, Avropada hər il 10 min uşaq cinsi təcavüzə məruz qalaraq başqa pis məqsədli işlər üçün istifadə olunurlar.

Əhalisinin 98%-ni müsəlmanların təşkil etməsinə baxmayaraq, Türkiyədə Qərb mədəniyyəti daha geniş şəkildə inkişaf edib. Ölkənin statistika bürosunun məlumatına əsasən, Türkiyədə 605 rəsmi və 565 qeyri-rəsmi fəsad mərkəzləri kəşf edilib. Bu ölkədə 13671 əxlaqsız qadın axtarışda və 209 qız isə cinsi təcavüzlərə məruz qalmışdır.

İngiltərənin verdiyi məlumata görə 16 yaşından 30 yaşınadək qadınların 41%-i cinsi təcavüzlərə məruz qalacaqlarına ehtimal verdikləri üçün daim nigarandırlar, 11%-dən yuxarı qadın isə onsuz da bir gün təcavüzə məruz qalacaqlarına inanır, 4% qadın cinsi təcavüzdə həyəcan siqnalından istifadə edir və 7% isə "özünü müdafiə" kurslarına gedirlər.

Statistikanın verdiyi bu məlumatlar çox gözəl sübut edir ki, hicabsızlığın özü, onun adiləşməsinə səbəb deyil, əslində, həddən artıq təcavüzlərin və təhrikedici əməllərin amillərindəndir.


Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930