Qurani-Kərim psixoloji təzyiqlərlə mübarizə yolunu öyrədir
Müəllif: Admin
Tarix: 28-01-2020, 15:52
Qurani-Kərim psixoloji təzyiqlərlə mübarizə yolunu öyrədir
Psixoloji təzyiq müasir dövrün ən çox yayılmış xəstəliyidir. Psixoloqların bu xəstəliklə mübarizə yolları müxtəlifdir. Quran isə min illərdir ki, müxtəlif diyarlardakı, müxtəlif psixologiyaya malik insanları özünə cəlb etməyi bacarmışdır.

Onların həyat tərzini dəyişərək, ictimai həyatları üçün müəyyən qanunlar tərtib etmişdir. Quran insanla bağlı hər bir sahəyə diqqət edir və bu sahələrdən biri də insan psixologiyasıdır.

Quranın nəzərinə görə psixoloji xəstəliklərlə mübarizə aparmağın ilk yolu - fitrətə qayıtmaqdır. Fitrət xüsusi zaman və məkana tabe deyildir. Bəlkə bütün insanlara aiddir. Quranın nəzərinə görə psixoloji pozgunluq - fitri pozgunluğun nəticəsidir. Fitrət insana psixoloji rahatlıq gətirir.

İnsanda iki qüvvə vardır ki, onlardan biri fitri və o biri isə şəhvani qüvvədir. Fitri qüvvə insanı təkamülə, qəlbi səlimə və ağılla iş görməyə dəvət edir. Bunun əksi olan şəhvani qüvvə isə insanın nəfsi əmmarəsi tərəfindən idarə edilir və onun təsiri altında qəlb xəstələnər və insanı yanlış yollara tərəf çəkər. İnsan ömrünün sonuna qədər bu iki qüvvənin mübarizəsinə şahid olar.

Bu qüvvələrdən heç biri tamamilə məhv olmaz, ən azı zəifləyə bilər. Hər bir qüvvəni zəiflətəməyə qadir olan amil - ağılla iradənin bir-biri ilə həmahəng olmasıdır. Ağıl - evin sahibidir və onu fitri qanunlar əsasında əldə edərək, evində rahat yatır və havayi-nəfs isə oğru kimi bu evə soxulur.

İmam Sadiq (ə) buyurur: "Havayi (nəfs) daima oyaqdır, ancaq ağıl yatır”.

İmam Əli (ə) buyurur: "Şəhvət, üsyankar at kimidir və üzərində atlı əyləşmişdir, ancaq yüyəni əlindən çıxmışdır. Təqva, (ağıl) sakit və itaətkar at kimidir ki, üzərində atlı əyləşmişdir, idarəsi öz əlindədir”.

"Dedi: Bizim Rəbbimiz hər bir şeyə onun məxsus yaradılışını əta edən, sonra (ona) doğru yol göstərəndir.” ("Taha” 50).

"İnsana bilmədiyini öyrətdi.” ("Ələq” 5).

İnsan inkişaf etmək üçün ancaq bir neçə İlahi vacibatı yerinə yetirməməlidir, bəlkə bütün İlahi təlimlərə əməl etməlidir. Quranda bu yol siratül-müstəqim kimi adlandırılmışdır. Bu həmin müştərək fitrət yoludur, yəni ağılla, dinin yoludur. İnsanın gərək bəsirəti olsun ki, bu düz yoldan azmasın. Çünki başqa yollarla getmək insanı azdırar.

Quran buyurur: "And olsun əsr vaxtına (ya əsr namazına, ya İslamın zühur etdiyi və Quranın cəmiyyətə təqdim olunduğu əsrə, yaxud vəd olunmuş Məhdinin (ə.f.) İlahi hökümətinin zühur dövrünə) ki, Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və Şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir, Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbiri tövsiyə edənlərdən başqa”. ("Əsr” 1-3).

İnsan psixologiyasının sağlam olması üçün gərək bu məsələlərə diqqət etsin:

- İnsanla Allahın rabitəsi.
- İnsanın özü ilə rabitəsi.
- İnsanın ailəsi ilə rabitəsi.
- İnsanın ictimai rabitəsi.
- İnsanın təbiətlə rabitəsi.

Bütün bu rabitələr Allah qürbi məqsədilə olarsa, insan həyatına İlahi rəng qatarsa, nəticə verər."(Bəli, bizim qəlblərimizin imanı) ilahi boyaqçılıqdır! Kimin boyaqçılığı Allahınkından gözəldir? Biz Ona ibadət edənlərik”. ("Bəqərə” 138).

Bütün psixoloji xəstəliklərin dərmanı Allaha imanda və Onu daima zikr etməkdədir. O ruh ki, daima Allahı zikr edər, necə xəstə ola bilər ki? İnsan Allaha söykənər, özünü təhlükəsiz hesab edər və problemlərlə üzləşən zaman onları asanlıqla arxada qoya bilər.

"İman gətirib imanlarını zülmə qarışdırmayanlar (yaradılışın başlanğıcına olan etiqadı dualizm və ya üç üqnuma əqidəsi, yaxud çoxallahlılıqla, yaxud da qəlbi etiqadları əməli itaətsizliklə qarışdırmayanlar) üçün əmin-amanlıq vardır və onlar hidayət olunmuşlardır”. ("Ənam” 82).

Bu ayədən göründüyü kimi insan təhlükəsizliyi əməli iman sayəsində olar. Hər bir halda insan Allaha nə qədər çox diqqət edərsə, Quranın buyurduqlarına əməl edərsə, daxili stersdən və psixoloji xəstəliklərdən daha uzaq olar. Qurana nə qədər çox yaxın olarıqsa, ümidsizliyi, iztirabı, daxili məğlubiyyətləri rahatlıqla arxada qoya bilərik.

(Deyerler.org)
Oxşar xəbərlər
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829