Təqva
Mьəllif: admin1
Tarix: 8-12-2015, 10:29
Təqva
Quranda çox əsaslı bir məqam var, onu siz əziz gənclərə demək yaxşı olar. Bu məqam təqvaya diqqət yönəltməkdən ibarətdir. İnsanlar təqvanı təsvir etmək istəyəndə yadlarına namaz, oruc, ibadət, zikr və dua düşür. Bunların hamısı təqvada ola bilər, amma heç biri təqvanın mənası deyil. Təqva, yəni özündən ehtiyatlı olmaq; təqva - yəni insan nə iş gördüyünü bilsin və özünün hər bir hərəkətini iradə, fikir və qərarla seçsin. Sanki bir insan ram olmuş bir at üzərində oturub, atın cilovunu tutub və haraya getdiyini bilir. Təqva budur. Əgər biz təqvanı belə izah etsək, mənim fikrimcə, yolu asanlıqla getmək olar; əlbəttə, yenə də çox asanlıqla yox, amma hər halda, mümkün olar. Bir gəncin islamçı yaşamaq yolunu tapması doğrudan da mümkün bir işdir.

Ayətullah Xamenei

Vilayet.nur-az.com
Oxşar xəbərlər
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031