Təqva
Mьəllif: admin1
Tarix: 28-04-2014, 14:18
Bцlmə: Xəbərlər
Təqva

Təqva - yəni özündən ehtiyatlı olmaq.
Təqvanın mənası
Təqvanın mənası budur ki, insan Allah-Taalanın ona əmr etdiyi işi görsün, vacib əməlləri yerinə yetirsin, haramlardan çəkinsin. Bu, təqvanın birinci mərhələsidir. Allahın haramlarını tanımaq və onun ətrafına hərlənməmək lazımdır. Şeytan vəsvəsə edir. Hövzə və ya universitet tələbəsinin, yaxud digər bir təbəqədən, şəhərli və ya kəndli olan bir möminin, Bəsic (könüllü) üzvü olan bir gəncin qəlbində təqva, Allah sevgisi, Allahla bazarlıq etmək, Onu xatırlamaq, zikr, dua və təvəkkül ruhiyyəsi qərar tutub inkişaf etdikdə (Quranda deyilən) möhkəm və sarsılmaz sıra yaranırvə onu tərpətməyə heç nəyin gücü yetmir. Bu, İslam və inqilab məqsədlərinin inkişafının zəmanətçisidir. Bunun qədrini bilmək lazımdır.

Quranda çox əsaslı bir məqam var, onu siz əziz gənclərə demək yaxşı olar. Bu məqam təqvaya diqqət yönəltməkdən ibarətdir. İnsanlar təqvanı təsvir etmək istəyəndə yadlarına namaz, oruc, ibadət, zikr və dua düşür. Bunların hamısı təqvada ola bilər, amma heç biri təqvanın mənası deyil. Təqva - yəni özündən ehtiyatlı olmaq; təqva - yəni insan nə iş gördüyünü bilsin və özünün hər bir hərəkətini iradə, fikir və qərarla seçsin. Sanki bir insan ram bir at üzərində oturub, atın cilovunu tutub və haraya getdiyini bilir. Təqva budur.

Əgər biz təqvanı belə izah etsək, mənim fikrimcə, yolu asanlıqla getmək olar; əlbəttə, yenə də çox asanlıqla yox, amma hər halda, mümkün olar. Bir gəncin islamçı yaşamaq yolunu tapması doğrudan da mümkün bir işdir.[96]

Təqva nədir və həyatın müxtəlif sahələrində təqvalı olmaq mümkündürmü? Təqva günahdan, xətadan, səhvdən, çirkinlikdən, yoldan yayınmadan və nəfsə itaətdən çəkinmək, düzgün vəzifə xəttinə könül verməkdən ibarətdir. Müxtəlif sahələrdə uğur qazanmaq üçün təqvalı olmaq lazımdır. Təqva hər bir uğurun şərtidir, yalnız dinə məxsus deyil, lakin dini təqva aydın, işıqlı, şirin və yaxşı aqibətlidir.

Məktəbdə dərs oxuyan bir uşaq və yeniyetmədən tutmuş evdar qadına və haradasa çalışan hər bir insana qədər hamı təqvalı olmalıdır ki, düzgün yolla gedib məqsədə çata bilsinlər.

Bir yeniyetmə öz mühitinə, peşə və iş vəziyyətinə xas təqva olmadan dərs oxumaq məqsədinə çata bilməz. O, səhvdən, nəfsin həvəslərindən, dəcəllikdən və onu fəaliyyətindən saxlayan hər bir işdən çəkinməlidir. Bu onun təqvasıdır. Evin içində bir qadın və iş yerində bir kişi də belədir.

Allahın yolu ilə getmək və düzgün haqq yolunda hərəkət etmək istəyən bir mömin təqvalı olmalıdır ki, Allahın razılığını qazanıb ilahi nurdan istifadə edə, uca mənəviyyat mərhələlərinə çata və Allah dininin hakimiyyətinə qovuşa bilsin. Din və iman yolunda hərəkət edən hər bir fərd üçün təqva dini vəzifəyə riayət etmək, nəfsin istəklərinə və ehtiraslara boyun əyməmək və Allahın yolundan yayınmamaqdır.

Aqibət təqvalılara məxsusdur!
Mənim əzizlərim! Təqvalı olun! Təqvanın mənası budur ki, öz hərəkətlərinizə, əməllərinizə, söz və rəftarınıza daim diqqət yetirin, özünüzü sərbəst buraxmayın. Bu diqqətin çoxlu faydaları var. İnsanı düzgün ilahi yolda qoruyan amil bu diqqətdir. Təqvanın vasitəsi ilə hər şey əldə olunur. Bu, Quranın sözüdür. Əgər dini analitiklər və bu məsələlərlə tanış olanlar oturub bu barədə araşdırma aparsalar, hamısını əqli dəlillərlə izah edə bilərlər. İndi burada sırf qeybi məsələdən danışmırıq. Bu, həqiqətən izah olunasıdır və bəzi yerlərdə izah da olunmuşdur. Mən indi bunları söyləmək istəmirəm.

Təqva bir fərdin, yaxud cəmiyyətin qoşulduğu işdə uğur amilidir: "Aqibət təqvalılara məxsusdur". Bu əzəmətli, tarixi və dünyəvi hərəkətin sonu təqvalılara məxsusdur. Axirət də təqvalılara məxsusdur, bu dünyanın aqibəti də. Əgər imam təqvalı olmasaydı, bu mübarizə boyu öz mənliyini və şəxsiyyətini göstərib belə böyük bir hərəkət üçün mərkəzə çevrilməz və işlər bu nəticəyə çatmazdı. Təqvası onu buraya çatdırdı; təqvası onu qorudu.

Əgər bir quruluşda məmurlar təqvalı olsalar, o quruluşa fəsad yol açmaz. Əgər döyüş cəbhəsində başçı və komandirlər təqvalı olsalar, yəni özlərinə daim diqqət yetirsələr, heç bir ziyan baş verməz. Bu o demək deyil ki, qüvvələr bərabər olmasa, düşmən bəzən irəliləyə bilməz. Xeyr, bu mümkündür, amma bu təqva insanın qüvvə bərabərliyi zamanı gördüyü işi qeyri-bərabərlik zamanı da görə bilməsinə bais olur. Yəni əgər qafil olmasanız və iş pis vəziyyətə çatmasa, o zaman lazım olan işi görsəniz, ziyan baş verməyəcək.

Təqva həyatın bütün sahələrində təsirlidir!
Böyük amil olan təqva həyatın bütün sahələrində təsirlidir. Siz görün Quranda təqvadan nə qədər söhbət açılmışdır. Bunların hamısı ondan ötrü deyil ki, siz ölüb o biri dünyaya gedəndə Allah sizə savab versin. Xeyr! Təqva bu dünyanın həyatını idarə edir və bu həyatın düzgün idarəsi o biri dünyanı formalaşdırır. Təqvanın olmaması insanın diqqətsizliyinə bais olur. Diqqətsizlik isə insanı başı üstə yerə vurur.

Əmirəlmöminin (ə) təqvanı sözəbaxan və nəcib bir ata bənzədir; sahibi ona minir, onu idarə edir və o at da heç bir problemsiz öz sahibini istədiyi yerə aparır. O, təqvanın qarşı tərəfi olan xətanı inadkar, dəcəl və sözə baxmayan bir ata bənzədir; sahibi ona mindikdə cilovu əlindən alır, onu istəmədiyi səmtə aparır və yerə çırpır.
həzət Ayətullah Xamenei
vilayet.nur-az.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930