İnsanın dərdi də özündəndir, dərdinin dərmanı da. İnsanın itirilməməli 4 xəzinəsi
Mьəllif: admin1
Tarix: 31-10-2021, 22:28
İnsanın dərdi də özündəndir, dərdinin dərmanı da. İnsanın itirilməməli 4 xəzinəsi

İndi qərar tutduğumuz şəraiti biz seçməmişik, ancaq razı olmadığımız bu şəraitdə qərar tutmaq bizim tənbəlliyimizdən irəli gəlir.

Bu, bizik ki, halımızı düzəldə bilərik və ideallarımıza tərəf hərəkət edə bilərik. Ümidvar olaraq, özünə inanaraq, səy və çalışma ilə layiq olduğumuz yerə çata bilərik.

Bu gün bir çox cavanlarımızı məyus və özünə etimad etməyən halda görürük. Çünki onlar həyatlarında 4 xəzinəni itiriblər. Bu xəzinələri tanıyaq:

1. Ümid xəzinəsi. Ümidsizlik elə bir bəladır ki, bu gün cavanlarımızın ətəyindən yapışmışdır. Cavanların ümidsizlik ruhu bizim də həyəcanlı həyatımıza sirayət edir.

Həyatımıza stressi və qorxunu daxil edir. Ümidsizlik gəlir və bizə deyir ki, bu qədər iqtisadi böhran içində nə etməyi düşünürsən? Hər nə etsən, məğlub olacaqsan.

Get diplomunu tulla getsin və gələcək üçün həsrət çək. İmam Əli (ə) buyurur: “Əgər (ürəyə) ümidsizlik hakim olarsa, təəssüf etmək onu əldən salar”.

Ancaq əgər ətrafımıza diqqətlə baxsaq, görərik ki, heç də cavanların düşündüyü kimi deyildir. Cəmiyyətimizdə öz səy və çalışması ilə ali elmi məqamlara çatan cavanlarımız heç də az deyildir.

Bu baxış onlar üçün stimul ola bilər. Ey cavan, yeganə olan tək Allaha ümid bəslə və Ondan ümidini kəsmə. “Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər) əta edər ki, (Ondan) razı qalarsan”. (“Zuha” 5).

2. Təvəkkül xəzinəsi. Bütün qorxuların və aramsızlıqların səbəbi insanın özünü tənha hiss etməsinə görədir. Dayaqsız və himayəsiz olmaq bizi qorxudur.

Bu zaman ikinci xəzinəni xatırlayıb, onun ardınca olmaq lazımdır. Təvəkkül xəzinəsi – Allaha eitmad etmək deməkdir. İnsan Onu yada salaraq sakitləşər və hüzur tapar.

İmam Əli (ə) buyurur: “Hər kim Allaha təvəkkül edərsə, çətinliklər onun üçün asan olar”. Qurani-Kərimdə buyurulur: “Qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir”. (“Ali-İmran” 159).

3. Özünə inam xəzinəsi. Gərək özümüzə inana bilək. Gözləməyək ki, başqaları bizim üçün iş görsün. Kiçik addımlarla başlaya bilərsiniz. Yediklərimizi və yatmağımızı azaldaq, daha çox mütaliə edək.

Gedək və müvəffəqiyyət qazanmış insanları yaxından müşahidə edək. Biz də onlar kimi insanıq və özümüzə xas istedadlarımızla mütləq yaxşı nəticə ala biləcəyik.

Bir gündə müvəffəqiyyət qazanmağımız şərt deyildir. İmam Əli (ə) buyurur: “Sənin dərdinin dəva və dərdi – özündədir. Baxmayaraq ki, ona diqqət etmirsən, sənin dərdin səndən qaynaqlanır. Baxmayaraq ki, ondan agah deyilsən.

Sən özün o aydın və izahlı kitabsan ki, gizli olanları aşkar edər. Güman etmisən ki, sən günahkar, dəyərsiz və kiçiksən. Halbuki, sonsuz varlıq aləmi sənin batınındə yer almışdır”.

4. Səy etmək xəzinəsi. Biz gərək bu həqiqəti qəbul edək ki, əgər həyatda müvəffəq olmaq istəyiriksə, gərək hərəkət edək.

Bir yerdə dayanmaqla irəli getmək olmaz. Bir məğlubiyyətlə də ruhdan düşmək olmaz. Gərək geri çəkilib, daha möhkəm addımla irəli gələk. Əmin olun ki, bir gün qələbə çalacaqsınız.



Oxşar xəbərlər
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930