Çoxlu fəzilətə malik olan namaz!
Mьəllif: admin1
Tarix: 24-03-2022, 22:07
Çoxlu fəzilətə malik olan namaz!

Bu namaz cümə gününün zöhr çağından qabaq qılınan namazlardandır. Biharul-ənvar kitabının 89-cu cildinin 372-ci səhifəsində müxtəlif kitablar vasitəsi ilə imam Cəfər Sadiqdən (ə) və o həzrətdə Peyğəmbərdən (s) nəql etmişdir ki, buyurub:

"Hər kəs bu namazı qılıb, namazdan sonra (kı göstərişlərə əməl edərsə) Allah təala onun üstündən göy və yer əhlinin şərri və habelə şeytan və zalım hakimin şərrini götürər. Dünyada yetmiş hacətini və Axirətdə də yetmiş hacətini yerinə yetirər.

Həmçinin o həzrət gecə və gündüzün iyirmi dörd saat olduğunu bildirərək buyurdu: Allah təala bu namazı qılan şəxsə kəramət etmək üçün hər saatda tohid əhlindən olan yetmiş min (Cəhənnəm) oduna layiq görülmüş (günahları) azad edər. Bu namazı qılan şəxs ölüləri çağırarsa, Allahın izni ilə ona cavab verilər.

Həzrət daha sonra buyurdu: "Məni haqq olaraq Peyğəmbərliyə göndərən Allaha and olsun ki,

İmam Cəfər Sadiq (ə) buyurdu: "Mən bu şəxs üçün zəminəm."

Allah təala belə bir şəxsə hər gün yüz altımış dəfə nəzər edər və Allah təala hər bir kəsə nəzər edərsə, ona öz rəhmət və məğfirətini göndərər. Hər kəs bu namazı qılıb dediklərini zəfaran ilə yazaraq yağış suyu ilə yuduqdan sonra onu dəli və xora xəstəliyinə tutulmuş şəxsə içirərsə, Allah təala onara şəfa verər. Həmçinin (bu namazı qılan şəxsin) ata və anası müşrik olarsa, əzabları yüngülləşər.

Namazın qılınma qaydası: Cümə gününün zöhründən qabaq dörd rukət (iki ədəd iki rukətli) namaz qılaraq hər rukətdə on dəfə "Fatihə" surəsi, on dəfə "İxlas" surəsi, on dəfə "Kafirun" surəsi, on dəfə "Fələq" surəsi, on dəfə "Nas" surəsi, on dəfə "Ayətəl-kürsi", on dəfə "Qədr" surəsi və on dəfə aşağıdakı "Şəhidəllah" ayəsini oxumaq lazımdır:

"Şəhidəllahu ənnəhu la ilahə illa huvə vəl-məlaikətu və ulul-ilmi qaimən bil-qisti la ilahə illa huvəl-əzizul-həkim. İnnəd-dinə indəllahil-islam. Və məxtələfəl-ləzinə utul-kitabə illa min bədi ma caəhumul-ilmu bəğyən bəynəhum və mən yəkfur biayatillahi fəinnəllahə səriul-hisab."

Namaz sona çatdıqdan sonra yüz dəfə belə istiğfar etsin: Əstəğfirullahə Rəbbi və ətubu iləyh."

Daha sonra yüz dəfə belə desin: "Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim."

Həmçinin yüz dəfə Həzrət Muhəmməd (s)-a və onun Əhli-beytinə (ə) salavat göndərsin. bəndə bu namazı qılaraq dua edərsə, Allah təala bu dua müqabilində onun üçün yetmiş min mələk məmur edər (və beləliklə də bu mələklər) onun ölənədək savablarını yazıb, günahlarını aradan aparar, həmçinin dərəcələrini aparar və onun üçün istiğfar edib, salavat göndərərlər. Övladı olmayan kişi və qadın bu namazı qılıb dua edərsə, Allah təala onlara övlad kəramət edər. Bu namazdan sonra vəfat edərsə, yetmiş minşəhidin əcrini qazanar.

Bu namazı qılıb qurtardıqdan sonra, Allah təala ona yağan hər bir yağış damcısı və bitən hər bir bitki müqabilində savab verər. Həmçinin belə bir şəxsə Həzrət İbrahim, Musa, Zəkəriyya və Yəhya peyğəmbərinin savabının oxşarı yazılar. Ehtiyaxsızlıq qapısı üzünə açılıb, yoxsulluq qapısı üzünə bağlanar. Belə bir şəxsi heç vaxt ilan və əqrəb çalmaz və heç vaxt yanmaq, suda boğulmaq və ilə ölməz.
ixlas.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930