İmam Hüseynin (ə) duası ilə dünyaya qayıdıb, vəsiyyət edən qarının əhvalatı
Müəllif: Admin
Tarix: 1-12-2015, 13:23
İmam Hüseynin (ə) duası ilə dünyaya qayıdıb, vəsiyyət edən qarının əhvalatı

Bir gün bir cavan ağlayaraq İmam Hüseynin (ə) əyləşdiyi məclisə gəlir. Həzrət (ə) soruşur: “Ağlamağının səbəbi nədir?”. Deyir: “Ya ibn Rəsulallah! Anam bu gün vəsiyyət etməmiş dünyasını dəyişdi. Mən ondan eşitmişdim ki, deyirdi: “Mən həyatda olan zaman vəsiyyət etməyəcəyəm. Amma kimsə sənə xəbər verəcək və malımın vəziyyəti məlum olacaqdır””.
İmam (ə) buyurdu: “Ey dostlarım! Qalxın və bu qoca qadının yanına gedək. Bu cavanın işinə kifayət edək”.
Həzrət (ə) səhabələri ilə bir yerdə qoca qadının evinə getdi və evə daxil oldu. Qoca qadın xalçanın üstündə uzadılmışdı. İmam Hüseyn (ə) əllərini dua üçün açdı və Allahdan bu qoca qadının dirilməsini istədi. Anidən bu qoca qarı ayağa qalxdı və şəhadətləri dedi və üzünü Həzrətə (ə) çevirib dedi:
- Ey övliyaların Sərvəri! Məni diriltməkdə məqsədin nədir?
Həzrət (ə) buyurdu: “Vəsiyyət et ki, İlahi rəhmətə şamil olasan”.
Qoca qadın dedi: “Ey mənim Mövlam! Filan yerdə filan qədər malım vardır ki, basdırılmışdır. Onun üçdə birini nəzir etmişdim, üçdə biri oğlum üçündür. Əgər oğlum sizi sevənlərdəndirsə, malımı ona təslim et və əgər sizi sevənlərdən deyildirsə, hər kimi layiq bilirsənsə ona ver. Ya ibn Rəsulallah! İstəyirəm ki, siz mənə namaz qılasınız”. Yatağına söykəndi və şəhadətləri söyləyib can verdi.
Həzrət (ə) cənazəsinə namaz qıldı və Bəqi qəbirisrtanlığında dəfn olundu. (İslami saytlara sitinadən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031