Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi
Mьəllif: admin1
Tarix: 24-06-2022, 10:31
Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. (“Bəqərə” 277).

Ayənin şərhi.

O kəslər ki, imanlarına görə təkəbbürdən uzaqdırlar, fitri hisslərini dirçəldiblər, Allahla rabitə qurub, namaz qılırlar və ehtiyacı olanların yardımına tələsirlər və çox sayda cinayətin qarşısını alırlar – bu insanların Allah yanında xüsusi mükafatları olacaqdır. Hər iki dünyada öz yaxşı əməllərindən bəhrələnəcəklər. Bu insanların mal və dövlətə görə qəmləri yoxdur və bu insanlar nifrinə düçar olmurlar.

Çünki bu insanlar tamamilə rahatdırlar. Bilirlər ki, iztirab və qəmləri əbədi deyildir.

Bu ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi o deyildir ki, hər biri ayrı-ayrılıqda savaba malik olmayan əməllərdir.

Burada məqsəd odur ki, bu üç əmələ daha çox təşviq olunsun və bu üç əmələ daha çox əhəmiyyət verilsin. Yaxud məqsəd budur ki, əgər bu üç əməl bir yerdə yerinə yetirilərsə, mükafatı da daha çox olar. Hər bir halda saleh əməl, namaz və zəkat - imanın nişanələrindəndir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930