Namazın qəbul olunmasının nişanəsi nədir?
Mьəllif: admin1
Tarix: 13-11-2019, 21:24
Namazın qəbul olunmasının nişanəsi nədir?
Əgər namazqılan günahdan çəkinə bilirsə, günaha batmamağa müvəffəq olursa, namazı qəbul olmuş deməkdir.

Namaz - Allahı və Onun gözəl adlarını ziyarət etmək deməkdir. İnsan namaz zamanı Allahın ziyarətinə gedir və Uca Allah da onun bu ziyarətinin cavabını verir. Allah heç bir zikri, yada salmağı və ziyarəti cavabsız buraxmaz.

Allah Təala Həzrət Peyğəmbərə (s) buyurur: "Əgər Mənim bəndələrim Mənim haqqımda səndən soruşsalar, de ki: Allah çağırdıqları duanın cavabını mərhəmət edər. Məni yada salın, Mən sizi yadıma salıram”.

Deməli, heç bir dua cavabsız deyildir, heç bir sual cavabsız deyildir. Allahın zikri və Onu yada salmaq təsirsiz deyildir. Allahı ziyarət etmək də şübhəsiz cavabsız qalmaz. Ona görə namazqılan bilməlidir ki, İlahi lütfün ziyarətinə gedən zaman lütfi-İlahi də onun ziyarətinə gələr.

O zaman ki, Allahın lütfü və feyzi insanın ziyarətinə gələr, ona nuranilik əta edər. "Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. ("Bəqərə” 277).

"Həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır (günahın çirkinliyini nəfsdən, onun fəsadlarını aləmdən, onun ləkəsini əməl dəftərindən və əzaba düçar olmağı günah etmiş şəxsdən uzaqlaşdırır). Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür”. ("Hud” 114).

"Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir”. ("Ənkəbut” 45).

Biz əgər namazımızın qəbul olub-olmadığını bilmək istəyiriksə, iki yol vardır. Biri axirətdədir ki, əməllərimizi ölçərkən görəcəyik. Biri isə bu dünyadadır ki, əgər namazqılan özünü günahdan saxlaya bilirsə, deməli namazı qəbul olmuş deməkdir.

Əgər Allah etməsin, kimsə namaz qılır, ancaq günah işlədirsə, deməli namazı qəbul olmamış deməkdir. Belə ki, həqiqi namaz qəlbdə nuraniyyət yaradar və bu da qəlbin çirklənməməsinə gətirib çıxardar.

Din kövsərdir, Allaha itaət kövsərdir, Quran və Əhli-beytin (ə) vilayəti kövsərdir və namaz dinin sütunudur. Dinin sütunu kövsər olacaqdır. Kövsər də hər bir çirkinliyin qarşısını alar.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930