Kimlər cənnətə daxil olacaq?
Mьəllif: admin1
Tarix: 3-10-2021, 10:52
Kimlər cənnətə daxil olacaq?
Cənnət, Allahın verdiyi vədəsidir. [1] Amma bu vədə hansı insanlara qismət olacaq? Onlar kimlərdir? Cənnət əhlinin haqqında nazil olmuş ayələri araşdırmaqda, bu nəticəni əldə edirik:

« وعدالله المؤمنین و المؤمنات جنات تجری من ت حتها الانهار » [2]

Cənnətə getməyin bir şərti var. və o da "mömin" olmaqdır.

Mömin kimdir? Kəlimeyi şəhadəti dildə deməklə, insan mömin ulub möminlərin sırasından sayılırmı?

« و من یطع الله و رسوله یدخله جنات تجری من تحتها الانهار" » [3]

Cənnətə yoltapan möminlər onlardır ki, hər bir halda Allah və onun rəsulundan itaət edirlər. Allah və onun rəsulundan necə itaət edilir? Bu mövzuda bir çox ayələrdən bunu əldə etmək olur ki, bu itaət iki hissəyə bölünür: Etiqad və əməl.

« "ان الذین آمنوا و عملوا الصالحات لهم جنات تجری من تحتها الانهار » [4]

Hər hansı bir şəxs iman (əqidə) gətirib və saleh əməllərə yiyələnsə, cənnət əhlidir.

Bəs belə olduqda:

Əgər rəsuldan itaət etməmişiksə, itaət etməmişik.

İtaət isə ürəkdən və əqidə cəhətindən həmişə əməllə birlikdə olmalıdır.

Əgər Allahın rəsulunun əmrlərindən yalnız birindən itaət etmiriksə, həqiqi itaət əhli deyilik!

İman və saleh əməlin faydası nədir?

Quran nəzərində bu iki yolun səmərəsi "Təqva"- dır, təqva əhli də cənnətə daxil olar.

« "للذین اتقوا عند ربهم جنات تجری من تحتها الانهار » [5]

Yuxarıda qeyd olunanlardan nəticə Aliriq: Təqva səadət yoludur, təqva Allah və onun rəsulunun əmrlərini tamamlayaraq yerinə yetirmək deməkdir.

Baxmayaraq təqvanın da mərhələ və dərəcələri vardır, amma ən azı bundan ibarətdir ki, vacib əməlləri yerinə yetirib günahlardan çəkinməkdir.

Bunun üçün də birincimərhələdə buna diqqət etmək lazımdır ki, vacib əməllər və göstərişlərdən tam olaraq itaət edək.

O həzrətin göstərişlərindən biri də o həzrətin canişinlərini tanıyıb, o həzrətdən sonra o həqiqi imamlardan itaət etmək lazımdır. [6]

Şübhəsiz o, insanlar ki, dildə və qəlbdə iman gətirib, amma əməllərində imamdan itaət etmirlər, saleh əməl və iman əhli deyildirlər və təqva məqamına yiyələnməmişdirlər.

Nöqtə: Nisa surəsinin 59- cu ayəsinə əsasən, "Vəliyi əmr"- dən itaət etmək lazımdır. O həddə itaət etmək lazımdır ki, Allah Taaladan itaət edildiyi kimi. Bunu da qeyd etmək lazımdır ki, Vəliyi əmrin məsum olması lazımdır.

Hakimiyyətə çatan hər bir şəxs vəliyi əmr deyil; çünki əgər vəliyi əmr məsum olmazsa mümkündür onun verdiyi əmr göstəriş Allahın və onun rəsulunun verdiyi göstərişlərlə müxalif olsun.

Belə olan halda, Allaha itaət etmək və eyni halda vəliyi əmrdən də itaət etmək, iki müxalif şeyin cəmləşdirilməsi deməkdir ki, bu da qeyri mümkündür. Çünki bunlar bir- biriylə müxalifdirlər.

İmama etiqadlı olmağın insana necə xoşbəxtlik bağışladığını qeyd etdik, indi isə imamın insan və cəmiyyətin cənnətə və ya cəhənnəmə getməsində necə rol oynadığına işarə edirik. [7]

İmama iman gətirməyin rolu və nicat tapmaq

Əvvəlki bəhslərdə açıqlanan bəzi məsələlərə əsasən, nicat, səadət, müvəffəqiyyətin mənası dünyada və axirətdə. Bilmək və imama etiqad bəsləməyin nəticəsini və səadətə çatmağa necə qovuşmaq olacağını açıqlayacağıq.

A: Nicat tapmağın mənası:

Bir çox insanlar müvəffəqiyyət və xoşbəxtliyi bir neçə mənada açıqlamışdırlar, amma bunlara diqqət yetirdikdə bu nəticəni əldə edirik ki, bu gün bir çox mənalarda olmasının həqiqəti axtaran insanlar üçün heç bir xeyri yoxdur.

Bəs yaxşısı budur ki, onun həqiqi təfsirini "nicat tapmış" və "ziyankar" sahibi olan iki dəstə insanları bir- birindən ayıran rəbbimizdən öyrənək.

Allah Taala müvəffəq insanlardan birini yəni həzrət İbrahim (ə) vəsf etdiyi zaman onu bu vəsf (sifət) ilə vəsf edir:

« "و ان من شیعته لأبراهیم. اذ جاء ربه بقلب سلیم » [8]

Şübhəsiz ki, İbrahim həqiqətən onun (həzrət Nuh) davamçılarından və şiələrindən idi. (bu əlamətlə ki,) Allah dərgahına üz çevirdiyi zaman qəlbi pak, təmiz və səfa ilə dolu birisi idi.

Bununla belə həzrət İbrahimin duası belə idi.

(Ey mənim rəbim!) Məni insanların (qəbirdən) qaldırıldığı zaman xar etmə o gün ki mal və övladın insana heç bir xeyri yoxdur. O gün yalnız o şəxs ki, "Təmiz qəlblə" Allaha doğru üz çevirir." [9]

O cür ki, qəlbin təmiz olmasına təkid olunmuşdur, bundan nəticə alırıq ki, müvəffəq, nicat tapmış və xoşbəxt o şəxsdir ki, dində elə həyat sürsün ki, Allahla görüşə getdiyi zaman təmiz qəlbə sahib olsun.

Maraqlısı odur ki, bu nöqtəni (Şüəra 89)- cu ayənin ardınca buyurur:

" و ازلفت الجنة للمتقی "

(qiyamət günü o cür ki, behişt təqvalı insanlar üçün yaradılmışdır, özünü onlara yaxınlaşdırıb, onların ixtiyarında qoyar."

Ayə bunu çatdırmaq istəyir kki, təmiz qəlbin nəticəsidir, təqvanın nəticəsi və təqvalı insanların hədiyyəsi cənnətdir.

Nətəcədə: Səadət, xoşbəxtlik və nicat tapmaq üçün səy göstərildiyi zaman, qəlbin təmizliyi özünə məna bağışlayır!

Qəqiqi xoşbəxt isə təmiz qəlbə sahib olan insandır, səadət isə həmişə təmiz qəlblə birlikdədir.

B. İmamətə etiqadın olması və imamətin səadət yolunda rolu.

Bir çox sünnü rəvayətçilərindən və yazıçılarından bu hədis rəvayət olunmuşdur və onun bir hissəsi bu cürdür:

Allahın rəsulu (s) Əliyə (ə) buyurur: Həzrət Musanın ümməti yetmiş bir firqəyə bölünmüşdür ki, onlardan biri nicat tapmışdır".

Qalanları isə cəhənəm əhlidir; İsanın (ə) ümməti isə yetmiş iki firqəyə bölünmüşdür ki onlardanda bir dəstəsi nicat tapmış, qalanları isə cəhənnəm əhlidir; Mənim ümmətimdə yetmiş üç firqə olacaq ki, onlardan bir dəstəsi nicat tapacaq, qalanları isə odda yanacaq.

Əli (ə) soruşdu: Ey Allahın rəsulu, nicat tapan firqə hansıdır?

Buyurdu: Onlardır ki, sənin və sənin yolunu seçənlərə pənahlanmışdırlar. [10]

Burəydə Əsləmi (əhli- sünnətin nəzərində peyğəmbərin əshabından biridir).

O həzrətdən rəvayət edirik, " اهدنا الصراط المستقیم " ayədəki "ehdasul- siratəl müstəqim"- dən məqsəd Məhəmməd və ali Məhəmməddir. [11]

Allahın rəsulu buyurur: Hər kəs ki, istəyir sürətli külək kimi sürətlə sirat köpüsündən keçsin və hesab vermədən cənnətə daxil olsun, gərək:

«فلیتول ولیی و وصیی و صاحبی و خلیفتی علی اهلی علی بن ابیطالب »

Mənim vəlimin vilayətini, vəsiliyini, və mənim xəlifəmin övladlarıma xilafətinini (vilayətin) Əli ibn Əbu- Talibi qəbul etsin". Hər bir şəxs isə istəyir cəhənnəmə getsin:

« فلیترک ولایته، فو عزت ربی و جلاله انه لباب الله الذی لایوتی الا منه، و انه الصراط المستقیم و انه الذی یسال الله عن ولایته یوم القیامة » [12]

Bəs onun vilayətini tərk etsin. And olsun Rəbbimin izzət və cəlalına ki, o həmin Allahın qapısıdır (bir qapıdır ki, ona) daxil olmaqla Allaha doğru yol tapır).

O bir qapıdır ki, ondan başqa heç bir qapı Allaha doğru yol göstərə bilməz. Şübhəsiz ki o, haqq yoldur və odur ki, Allah- Taala qiyamət günündə onun vilayətindən sual edəcək.

Hansı insanların əməlləri Allah dərgahında qəbul olur?

Vilayət, itaətin qəbul olunmasında şərtdir?

Əhli sünnət tərəfindən rəvayət olan bir çox hədislərə əsasən, Allah- Taala insanların əməllərinin qəbul olması üçün qoyduğu şərt.

Həzrət Əmirəl- möminin Əli ibn Əbi Talibin (ə) vilayətini qəbul etməlidir!

Rəsul əkrəm (s) buyurur: "Əmirəl-möminin Əli (ə)- ın üzünə baxmaq ibadətdir, onu yad etmək ibadətdir və hər bir şəxsin imanı yalnız onu sevmək və onun düşmənlərinə nifrət etməklə qəbul olar." [13]

Bu rəvayətdən bunu əldə etmək olar ki, imanın qəbul olmasının şərti (nəinki ibadət olunan əməllər) vilayəti qəbul edib onu sevməkdir.

Sünnü alimləri yenə rəvayət edirlər ki: Peyğəmbər əkrəm buyurmuşdur: "Ey Əli! Əgər bir şəxs həzrət Nuhun ömrü qədər Allaha ibadət edə və uhud dağı qədər qızıla malik ola və Allah yolunda sədəqə verə, ömrü o qədər uzun ola ki, min dəfə piyada həcc ziyarətinə gedə və o zaman Səfa və Mərvə arasında məzlumcasına öldürülə, amma sənin vilayətini (Ey Əli!) qəbul etməsə, cənnətin ətrini belə hiss etməyəcək və heç bir zaman cənnətə daxil olmayacaq." [14]

İslam dininə iman gətirməyən insanlar iki dəstədir:

1. Bir dəstəsi ki onlara elmi lüğətdə (termində) cahil müqəssir və məruf kafir adlandırırlar. Yəni İslam onlara çatmış və onun haqq olmasını dərk etmişdirlər, amma təəssüb üzündən və yaxud təkəbbürçülük üzündən boyun qaçırıb, haqqı qbul etməyə hazır olmamışlar. Bu dəstə cəhənnəm oduna düçar olub əbədi onda qalacaqlar.

2. Başqa bir dəstə isə termində qasiri məruf adlandırırlar. Yəni İslam və yaxud İslamdan bir xəbər onlara çatmamışdır. Bəzi vaxtlar İslam onlara naqis və olduğu kimi çatdırılmışdır.

3. Bəzi dəstələr İslamı, hin və cin dinləri kimi və yaxud ən çoxu Yəhudi və Məsihiyyət dini kimi bir din qəbul edib və o dində sadiq olmuşdur, öz dinində nicat əhli olacaqdır.

İslam nəzərində, bu cür insanlar əgər öz dinlərində (insan fitrətiylə üst- üstə düşsə) sadiq və payidar olsalar: misal üçün yalan danışmaqdan uzaq olsalar, insaniyyətdən uzaq olan işlərdən çəkinsələr, nicat əhlidirlər və Allahın rəhmətinə qovuşacaqlar.

Bu bəhs tək Allahlı və Allaha sitayiş edən alimlər ki, İslamı olduğu kimi onlara tanıtdırmamışdır və sünnilər ki, şiənin həqiqəti olduğu kimi onlara məlum olmamışdır, şamil olur.

Qısa olaraq hər hansı bir insana həqiqət çatmamışdırsa və oinsan bu həqiqəti axtarmaqda tənbəllik etmişdirsə, cəhənnəmə getməyəcəkdir; çünki cəhənnəm günahkarların yeridir. Nəinki həqiqəti tapa bilməyən və onu dərk etməyən insanların yeri.

Əlavə mütaliə üçün aşağıdakı göstəriclərə mürüciət edə bilərsinizi:

Cəhənnəm və müsəlman olmayanlar,

sual 7670 (sayt 283)

Günahkarlar və cəhənnəmdən nicat tapmaq, sual 323 (sayt 1751 )

[1] - Məhəmməd surəsi, ayə 47. " مثل الجنة التی وعد المتقون "
[2] - Tövbə surəsi, ayə 72
[3] - Nisa surəsi, ayə 13.
[4] - Buruc surəsi, ayə 11.
[5] - Ali- imran surəsi, ayə 15.
[6] - Nisa surəsi, ayə 59. " اطیعوا الله و اطیعوا الرسول و اولی الامر منکم " Şura surəsi, ayə 23. " قل لا اسئلکم علیه اجراً الا المودة فی القربی " Əlmüstədrək ələs- səhiheyn, cild 3, səh 109. " من کنت مولاه فهذا علی مولاه "
[7] - Əlbəttə insanların imamla raz- niyaz etməsi bu bəhsdən daha üstün bəhslər istəyir, bu cür məqalə bu mətləblərin öhdəsində gələ bilmir. bunun üçün də onun açıqlamasını başqa vaxta saxlayırıq.
[8] - Saffat surəsi, ayə 83- 84.
[9] - Şüəra surəsi, ayə 87- 89.
[10] - Əl- əsabə fi Təmyizas- səhabə. Əsqəlani, cild 2, səh 174.
[11] - Rəşvətüs- sadi, Seyyid Şəhabuddin Şafei., səh 25; Yənabul Məvəddə, Şeyx Salman hənəfi, səh 114.
[12] - Şəvahidu əl- tənzil həskani, cild 1, səh 59- 90.
[13] - Mənaqibe Xarəzmi, səh 19- 212. Kifayətu ət-təbib, Gənci Şafei, səh 214.
[14] - Mənaqib,Xətib Xarəzmi, Məqtəlul Hüseyn (ə) Xarəzmi, cild 1, səh 37.
« " … ثم لم یوالیک یا علی لم یشم رائحة الجنة ولم یدخلها »



islamquest.net
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031