CÜMƏ NAMAZININ ƏHƏMİYYƏTİ HAQQINDA BƏZİ MÜHÜM NÖQTƏLƏR
Müəllif: Admin
Tarix: 30-10-2015, 08:54
CÜMƏ NAMAZININ ƏHƏMİYYƏTİ HAQQINDA BƏZİ MÜHÜM NÖQTƏLƏR
Bu barədə bir çox hədislər nəql olunmuşdur. Lakin bütün hədislərə nəzər salmağa imkanımız yoxdur.
Allahın rəsulu (s) cümə namazını “fəqirlərin həcci” hesab edir və onu günahların bağışlanma səbəbi bilirdi.
Cümə namazı müsəlmanların qüdrət və vəhdətinin nümayişi, namaz qılan mö’minlərin və’dəgahı, görüş yeridir.
Allahın rəsulu (s) hicrətin əvvəlində Mədinəyə çatarkən xalq üçün birinci cümə namazını bərpa etdi. Bununla da belə bir əzəmətli və həyatverici yığıncağın əsasını qoydu.
Bu namazın siyasi yönümləri vardır. Xütbə oxuyan və ya imam-cümə, ya müsəlmanların hakimi, ya da hakimiyyət tərəfindən bu iş üçün seçilmiş şəxs olur. Bu siyasi ibadətin ictimai, tərbiyəvi, həyatverici tə’sirləri, bərəkətləri çoxdur. Bir neçə nümunəyə işarə edək:
1. Qardaşlıq ruhiyyəsinin güclənməsi
Hamı bir yerə yığışır, müxtəlif irqlər bir-birləri ilə yanaşı oturur. Cümə namazında müsəlmanların həftəlik izdihamı camaat namazından daha böyük olur.
2. İslam qüvvələrinin mütəşəkkilliyi
Bu ibadət müsəlmanları ibadət və namaz mehvərində bir növ birləşdirir, İslam düşmənlərinin qorxuya düşməsinə və təfriqə planlarının puça çıxmasına səbəb olur.
3. Müsəlmanların düşüncə və siyasi baxımdan inkişafı
Cümə namazı xütbələrindəki agahlıq verən nöqtələr insanları məmləkətin və dünyanın siyasi mənzərəsindən xəbərdar edir. İnsanlar öz ictimai vəzifələri ilə tanış olmaqla cəmiyyətin həyatında daha çox rol oynayırlar.
4. Birlik ruhiyyəsinin güclənməsi
Cümə namazında pərakəndə bəşər damlaları böyük bir okeana çevrilir. Hamı qarşılıqlı əlaqə və tanışlıqla ictimai ruhiyyə əldə edir və guşənişinlik unudulur. AYƏTULLAH HÜSEYN ENSARİ
Oxşar xəbərlər
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31