Höccətil islam vəl muslimin Hacı Hacıyev"Cümə namazının hökmləri".
Mьəllif: admin1
Tarix: 16-12-2014, 15:47
Höccətil islam vəl muslimin  Hacı Hacıyev"Cümə namazının hökmləri".

Cümə namazı
İslam dininə mənsub cəmiyyətlərdə, insanların həftəlik bir yerə toplaşmasınıa əsas səbəb olan cümə namazının, İslam dininin təlimlərində xüsusi yeri var. Bu namazda ibadət cəhəti ilə yanaşı həm də islam ümmətinin birliyi və din olaraq islamın izzəti nümayiş etdirilir. cümə namazı, quranın göstərişlərinə tabe olan hər kəsin maariflənməsinə kömək edir. Qurani-kərim cümə namazının haqqında buyurur:
“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!»

Cümə namazının tarixçəsi:
İslam tarixində ilk cümə namazı Mədinədə Peyğəmbərin (s) əmri ilə Müsəb ibn Ümeyrin xətibliyi ilə Əsəd ibn Zürarərin evində 12 nəfər müsəlmanın iştirakı ilə həyata keçirildi. Ev sahibi namazdan sonra bir qoyun qurban kəsərək möminləri qonaqladı Peyğəmbərin (s) imam və xətibliyi ilə isə ilk Cümə namazı, o həzrətin Mədinəyə girişinin birinci həftəsindən 40 nəfər müsəlmanın iştirakı ilə qılındı.


Cümə namazının hökmləri:
Cümə namazı imam Zamanın (ə) qeybət dövründə ixtiyari vacib sayılır, belə ki cümə günü hər bir mömin şəxs, cümə namazının bütün şərtlərinə riayət etməklə, zöhr namazını qılmamaqda ixtiyarlıdır.
Cümə namazının qılınma qaydası:
1-Cümə namazı iki rəkətdir və camaatla birlikdə qılınmalıdır.
2-Namazdan öncən iki xütbə oxunmaldır, xətib də həmin xütbələrdə təqvaya dəvət etmədən əlavə, müsəlmanların ictimai və siyasi məsələlərinə aydınlıq gətirməlidir.
3-Cümə namazının vaxtı zöhr azanın başlanmasından 1 saat sonraya qədərdir, ondan çox olması münasib deyil.
4-Cümə namazında iştirak edənlərin sayı ən azı beş nəfər olmalıdır, eləcə də iki cümə namazı arasında fasilə 1 fərsəxdən aşağı olmamalıdır.
5-Cümə namazının xütbələrinə qulaq asmaq vacibdir, üzürsüz iştirak etməmək munafiqlik əlamətidir.
6-Çox savabdır ki, cümə imamı birinci rükətdə həmd surəsindən sonra “cümə” surəsini və ikinci rükətdə həmd surəsindən sonra “munafiqun” surəsini tilavət etsin.


Cümə namazının əhəmiyyəti:
Allahın Rəsulundan (s) bu haqda nəql olunub ki, cümə namazı kasıbların həcci hesab olunar və günahlarının bağışlanmasına səbəb olar.
Bu siyasi ibadətin ictimai və mənəvi təsirləri:
1- dostluq və qardaşlıq ruhiyyəsini gücləndirir.
2- İslami güclər bir yerə toplaşmaqla düşmənləri qorxudur və onların fitnə və hiyləsinin faydasız olduğunu göz önündə sərgiəyir.
3-Müsəlmanların ictimai-siyasi baxımdan inkişafına və uzaqgörənliyinə səbəb olur.
4- Kollektivlik ruhiyyəsini gücləndirir və parçalanma və ayrılıqdan doğrulan qarışılıqlı bədgümanlıqlardan amanda saxlayır.
5- İctimai səfərbərlik yaratmaqla, İslam ümmətinin çətinliklərinin həlli üçün yüksək şərait yaradır.

Höccətil islam vəl muslimin Hacı Hacıyev
mascid.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930