Məscid – dua etmək üçün ən gözəl məkan
Müəllif: Admin
Tarix: 22-05-2018, 10:00
Məscid – dua etmək üçün ən gözəl məkan
İmam Sadiq (ə) Əhli-beyt (ə) davamçılarına əmr edir ki, çətinliyə düşən zaman məscidə getsinlər. Namaz qılandan sonra çətinliyinin aradan qalxması üçün dua etsinlər. Din alimləri də məsciddə dua etməyə xüsusi əhəmiyyət verərlər.

İbn Əmmar deyir: “İmam Sadiq (ə) buyurur: “Atam İmam Baqir (ə) hacətlərini zöhr zamanı Allahdan istəyərdi. Nə zaman ki, hacəti olar, ilk növbədə Allah yolunda sədəqə verərdi. Sonra məscidə yollanardı. Hacətini orada Allahdan istəyərdi””.

Davud bin Fərqəd deyir: “İmam Sadiq (ə) buyurur: “Nə zaman Allaha hacətim olsa, zöhr zamanı dua üçün məscidə gedərəm””.

O Həzrət (ə) Qədr gecələrindən birində çox bərk xəstələnir. Əmr edir ki, onu bu xəstə halı ilə məscidə aparsınlar ki, Allahın evində dua və ibadət etsin.

Nə zaman Əməvilərin (lən) İmam Səccada (ə) göstərdikləri təzyiq şiddətlənir, Həzrət (ə) öz oğlu İmam Baqirə (ə) əmr edir ki, məscidə getsin və Əhli-beyt (ə) davamçılarının giriftarlığının aradan qalxması üçün dua etsin. İmam Baqir (ə) məscidə gedir və iki rükət namaz qılır. Üzünü torpağa qoyur və dua edir. Onun bu duası təsir qoyur.

Müsəlmanlar həmişə məscidə xüsusi dəyər vermişdilər. Oranı Allahın evi qərar verib, dua edərdilər. Əbu Ləbabənin Peyğəmbər (s) məscidinə pənah aparması müsəlmanların bu inancını isbat edir. Əbu Ləbabə o kəsdir ki, Bəni-Qərizə döyüşündə günaha batır.

Diqqətsizlik üzündən Peyğəmbərin (s) Bəni-Qərizə yəhudiləri haqqındakı planını ifşa edir. O, öz səhvini başa düşən zaman məscidə gəlir və 7 və ya 15 gün özünü məscidin sütununa bağlayır. O zamana qədər ki, Allah tövbəsini qəbul edir.

Peyğəmbər (s) Əbu Ləbabənin tövbəsinin qəbul olmasını Ümmi Səliməyə xəbər verir. O, bu xəbəri ona çatdıranda insanlar Əbu Ləbabənin əllərindəki kəndiri açmaq üçün məscidə tələsirlər.

Əbu Ləbabə deyir: “Yox! Qoy Peyğəmbər (s) gəlsin və kəndirləri açsın”. Peyğəmbər (s) sübh namazı üçün məscidə gələn zaman onun kəndirlərini açır. Əbu Ləbabə deyir: “O zaman ki, Peyğəmbər (s) mənim məscidə getməyimi bildi, buyurdu: “Buraxın, Allah hər nə istəyirsə, onun haqqında hökm versin””.

Məsciddə cəm halında dua etməyin təsiri daha çoxdur. Məsciddə dua məclisləri təşkil etmək və Allahı öz evində çağırmaq böyük ibadət hesab edilir. Şübhəsiz ki, bu dua Allah tərəfindən qəbul olacaqdır.

Bu cür məclislərin ibadətlə yanaşı, tərbiyəvi xarakteri də vardır. Belə məclsilərdə möminlər ünsiyyət bağlayar və dua mədəniyyəti ilə tanış olarlar.

Beləliklə deyə bilərik ki, dualarımızın qəbul olduğu məkanlardan biri məscid, Allah evidir.


Oxşar xəbərlər
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031