Qaim (ə.f) və Aşura - İmam Zaman (ə.f) İmam Hüseynin (ə) baxışından
Müəllif: admin1
Tarix: 17-08-2021, 13:44
Qaim (ə.f) və Aşura - İmam Zaman (ə.f) İmam Hüseynin (ə) baxışından

Bu nə sirdir ki, nə zaman İmam Hüseyni (ə) yada salsaq, İmam Zamanı (ə.f) da yada salarıq?

Niyə o yerdə ki, söz İmam Hüseyndən (ə) düşər, İmam Zamanın (ə.f) da adı dilə gələr?

Niyə Aşura zühur günüdür və İmam Zaman (ə.f) ilk olaraq İmam Hüseyni (ə) yada salır?

Bu suallara cavab vermək üçün hər iki nurani insanın həyatını tədqiq edək və sirləri açmağa çalışaq.

İmam Zaman (ə.f) İmam Hüseynin (ə) baxışından

İmam Baqir (ə) buyurur: "Haris İmam Hüseynə (ə) deyir: "Ey Rəsulallahın oğlu! Məni "Şəms" surəsindən agah et!".

Buyurur: "Günəş dedikdə, məqsəd - Peyğəmbərdir (s). "And olsun günəşə və onun şüasının vüsətinə".

Haris soruşur: "Bəs növbəti ayənin təfsiri necədir?".

Buyurur: "Ay dedikdə, Əmirəl-möminin (ə) nəzərdə tutulur ki, Peyğəmbərdən (s) sonra olacaqdır". "And olsun (günəşin) ardınca çıxmaqda olan Aya".

Deyir: "Bəs sonrakı ayənin mənası nədir?".

Buyurur: "Gündüz dedikdə, məqsəd - Ali-Muhəmmədin Qaimidir (ə.f) ki, yeri ədalətə bürüyəcəkdir. "And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə"".


İmam Zaman ağa (ə.f) və İmam Hüseyn (ə).

Allah Təala buyurur: "Və Allahın (bütün şəriətlərdə toxunulmazlıq hüququ verdiyi və öldürülməsini) haram buyurduğu canı, (qisas, dindən dönmə və şəri hədlər kimi) haqq (əsaslar) istisna olmaqla öldürməyin.

Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik.

Beləliklə, o, öldürmək zamanı həddi aşmamalıdır (işgəncə verməməli, öldürdüyü şəxsin bədən üzvlərini kəsib-doğramamalı, yaxud bir nəfərdən artıq öldürməməlidir).

Çünki ona (bu hökmün çıxarılması ilə) kömək olunmuşdur (və qisas alınan şəxs də, məhkumiyyətindən artıq cəzalandırılmamaq barəsində Bizim köməyimiz altındadır)". ("İsra" 33).

İmam Baqir (ə) bu ayə haqqında buyurur: "O, Hüseyn ibni Əlidir ki, (ə) məzlum öldürülmüşdür. Biz onun övliyasıyıq. Bizim Qaim (ə.f) qiyam edən zaman İmam Hüseynin (ə) qanının intiqamını almağı tələb edəcəkdir. Ona görə də öldürəcəkdir o yerə qədər ki, öldürməkdə israf edirsən deyilər.

Məqtul - Hüseyn (ə) və onun vəlisi - Qaimdir (ə.f). Qətldə israf etmək odur ki, onun qatilindən qeyrisi öldürülsün".

İmam Məhdi (ə) – İmam Hüseynin (ə) övladıdır.

İmam Məhdi (ə.f) - İmam Hüseynin (ə) doqquzuncu övladıdır. İmam Hüseyn (ə) buyurur: "Bu ümmətin Qaimi (ə.f) - mənim övladlarımın doqquzuncusudur. O, qeyb sahibidir və o kəsdir ki, mirasını həyatda olan zaman paylayacaqdır".

İmam Hüseyn (ə) buyurur: "Peyğəmbər (s) mənə müjdə verib buyurmuşdu: "Ey Hüseyn! Sən - oğlanların ağası və seyyidlərin atasısan.

Səndən olan doqquz övlad - əmin və məsum İmamlardır (ə). Onların doqquzuncusu Məhdi Qaimdir (ə.f). Sən İmam, İmam oğlu və İmamların atasısan".


İmam Hüseyn (ə) buyurur: "Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: "Məhdi (ə.f) – Fatimə (s.ə) övladlarındandır".

Qaim (ə.f) və Aşura.

Əbu Həmzə Somali nəql edir: "İmam Baqirə (ə) dedim: "Ey Peyğəmbər (s) övladı! Siz Qaim deyilsiniz, haqqı bərpa etməyəcəksiniz? Bəs niyə ancaq Vəliyyi-Əsri Qaim (ə.f) adlandırırlar?".

Buyurdu: "Çünki o zaman ki, cəddim Hüseyn (ə) öldürüldü, mələklər nalə çəkib ağladılar. Dedilər: "Allahım, Ən yaxşı bəndələrinin qatillərini öz başına buraxacaqsan?".

Allah onlara vəhy etdi: "Ey, Mənim mələklərim! Sakit olun, izzət və cəlalıma and olsun ki, onlardan intiqam alacağam. Baxmayaraq ki, uzun zaman keçəndən sonra".

Bu zaman Allah onların gözlərinin önündə olan pərdəni qaldırdı və İmam Hüseyn (ə) övladlarını bir-birinin ardınca onlara göstərdi. Mələklər bu mənzərədən şad oldular.

Gördülər ki, onlardan biri dayanıb namaz qılır. Allah buyurdu: Bu Qaimlə (ə.f) (Yəni, ayaq üstə duranla) onlardan intiqam alacağam".


İmam Hüseynin (ə) İmam Zamanın (ə.f) dilindən bəyanı.

İmam Zaman (ə.f) buyurur: "Sən, ey Hüseyn! Peyğəmbər (s) üçün övlad, Quran üçün sənəd, ümmət üçün dirsək idin. Allaha itaətdə çalışqan, əhd və peymana qarşı hafiz və nəzarətçi idin".

Allahım, bizləri İmam Hüseyn (ə) əzadarlarından və İmam Məhdi (ə.f) müntəzirlərindən qərar ver.
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031