Fitnə nədir? İmam Əli (ə) fitnədən qorunmaq üçün nə təklif edir?
Mьəllif: admin1
Tarix: 7-02-2020, 10:53
Fitnə nədir? İmam Əli (ə) fitnədən qorunmaq üçün nə təklif edir?
Fitnə nədir? İmam Əli (ə) fitnədən qorunmaq üçün nə təklif edir?

İmam Əli (ə) elə bir dövrdə yaşayırdı ki, müxtəlif fitnələr və məkrlərlə üzləşirdi. Hətta Həzrət Peyğəmbərin (s) dövründə baş verən fitnələr: Qüreyşin İmam Əlinin (ə) xəlifəliyi ilə müxalifətliyi, Bəni-Saidənin "Səqifə” fitnəsi, səhabələrdən bəzisinin fitnəsi, naksinlərin, qasitinlərin, mariqinlərin və xəvariclərin fitnəsi kimi fitnələr İmam Əlinin (ə) dövrünə təsadüf edən fitnələr idi.

Fitnənin lüğətdəki mənası - imtahan, aldatmaq, düşüncədə iztirab, əzab, yolunu azmaq, vəsvəsə, xəstəlik, mal, övlad, insanların rəy verən zaman münaqişəyə düşməsi, küfr mənasında işlənir. Quranda isə fitnənin mənası yanmaq, əzab, Allah Rəsulu (ə) ilə müxalifətdən yaranmış pis nəticə, küfr, şirk, fəsad, imtahan mənasında işlənmişdir.

Fitnənin mənfi təsirləri.

Fitnənin yayılması nəticəsində, onun bəlası hətta alimlərə və saleh insanlara belə çatır. Fitnə nəticəsində zalım sultanlar hakim olarlar. Fitnə - zalımın məzluma hakimiyyət etməsinə, insanları yolundan azdırmaq və əqidədə şəkk yaratmağa, din nişanələrini dağıtmağa, cəmiyyətdə mərhəmət hissini aradan aparmağa, hikmət və elmin azalmasına, həqiqətin gizli qalmasına, qohumluq əlaqələrinin aradan getməsinə, nahaq yerə qan tökülməsinə, insanları aldatmağa, bidəti qəbul etməyə və sünnəti tərk etməyə səbəb olar.

Fitnə nəticəsində məruflar tanınmaz və munkərlər tanınar. Ffitnə - yalanın çoxalmasına, əxlaqsız cavanların sayının artmasına, qocaların günahkar olmasına səbəb olar.

Fitnəni aradan qaldırmağın yolları.

İmam Əli (ə) həyatında çox sayda fitnələrə məruz qalmışdır. Oğlu Muhəmməd Hənəfiyyəyə deyir: "Əgər dağlar dağılsalar, sən mətanətli qal, dişlərini bir-birinə sıx.

Başını Allaha tapşır, ayaqları elə yerə mıxla ki, ən uzaq döyüş meydanına nəzər sala biləsən. Dəhşətli səhnələri görməməzliyə vur və bil ki, qələbə çalmaq Sübhan Allahın vədəsidir”.

İmam Əli (ə) Cəməldə olan zaman buyurur: "Allaha and olsun ki, Təlhə ona görə qılıncını qınından çıxartmış və Osmanın qanının intiqamını tələb edir ki, başqalarının Osmanın qanının intiqamını ondan tələb etməsindən qorxur.

Çünki onun özü Osmanın öldürülməsində şübhəlidir. Osmanı öldürməyə heç kəs onun qədər həris deyildi. İndi istəyir ki, insanları yanlışa salsın və qəlblərdə şəkk yuva qursun”.

Həzrət Əli (ə) Müaviyyəyə yazdığı məktubda buyurur: "Zalımlıq və dində yalançılıq insanı məhv edər. Çatışmamazlıqlarını eyb axtaranların yanında aşkar edər. Sən bilirsən ki, əldən getmişləri qaytara bilməzsən. İnsanlar yanlış iş görməyi qəsd ediblər. Allahın hökmünü dəyişib, Allah onları yalançı hesab etdi. Qorx o gündən ki, hər kimin bəyənilmiş aqibəti vardır, razı olar.

Hər kim öz hakimiyyətini şeytanın əlinə veribsə, özünün azad olması üçün mübarizəyə qalxmayıbsa - peşman olar. Sən bizi Quranın hökmü ilə çağırdın, halbuki, özün Quran əhli deyilsən. Biz sənin dəvətini qəbul etmədik, əslində Quranın hökmünə boyun əydik”.

İmam Əli (ə) Müaviyyə lənətliyi məzəmmət edərək buyurur: "Müaviyyə, bizi döyüşə çağırdın. İnsanları bir tərəfə burax və özün təkbaşına mənim yanıma gəl. Ordunun ikisini də azad burax ki, hamı bilsin ki, bizlərdən hansının qəlbini günah qaranlıq etmişdir.

Gözünün özünə qəflət pərdəsi düşmüşdür. Mən Əbul Həsənəm. Sənin əcdadını öldürən. Dayının və qardaşının başını Bədrdə yarmışam. İndi həmin qılınc mənimlədir. Həmin qəlblə düşmənlə qarşılaşıram”.

İmam Əli (ə) fitnə ilə həm əməldə və həm də İlahi vacibatlar çərçivəsində mübarizə aparırdı. Xəvariclərin fitnəsi haqqında buyurur: "Ey insanlar! Mən fitnəkar gözləri oymuşam. Məndən başqa heç kim bu işə ürək etmədi. Bu, o zaman baş verir ki, çaxnaşması dünyanı zülmətə bürümüşdür. Ziyanı hamıya çatmışdır”.

Fitnəyə ən yaxşı yanaşma tərzi.

İmam Əli (ə) buyurur: "Fitnə ilə qarşılaşan zaman 2-yaşlı dəvə kimi ol ki, nə beli ona minmək üçün bərkimişdir, nə də süd verəndir ki, ondan süd sağmaq olsun”.

Bu nurani kəlamın mənasını başa düşmək üçün adı çəkilən dəvəyə bir nəzər salaq. Bu, elə bir dəvədir ki, iki yaşı tamam olmuşdur, üç yaşına girməkdədir. Elə qüvvətli deyil ki, ona minmək mümkün olsun. Nə də südü vardır. Ona görə də ondan bu yaşda heç bir istifadə etmək olmaz.

Buradan aydın olur ki, İmamın (ə) bu sözlərdəki hədəfi odur ki, batil əhlinin alətinə çevrilməyin. Özünüzü çəkişən batil tərəflərin hər ikisindən uzaq saxlayın.

Hər iki tərəfə kömək etməyin ki, hər ikisi də batil tərəflərdir. Belə olan zaman adətən batil insanlar tanınmış şəxsiyyətlərin sorağına gələrlər ki, onların nüfuzundan istifadə etsinlər. Necə ki, İmam Əli (ə) buyurur: "İnzivaya çəkilmək - ayıq və zirək insanların xüsusiyyətidir”.

Nəticədə demək olar ki, fitnə zamanı özünüzü amanda saxlamaq üçün müxtəlif yollardan istifadə edin ki, onların ən yaxşısı inzivaya çəkilməkdir (kənarda olmaq, xəlvətə çəkilmək).




(deyerler.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031