İmam Zamanın (ə.f) Davud peyğəmbərə oxşarlığı
Müəllif: Admin
Tarix: 1-09-2015, 14:07
  İmam Zamanın (ə.f) Davud peyğəmbərə oxşarlığı

Şəbistan Xəbər Agentliyi istifadəçilərinə vaxtaşırı “Mikyalul-məkarim” kitabından bəzi parçaları təqdim edir. Əvvəlcə bu dəyərli əsər barəsində məlumat vermək yerinı düşərdi:
Ayətullah Seyid Məhəmmədtəqi Musəvi İsfahaninin (1303-1348 h.q) təlif etdiyi dəyərli “Mikyalul-məkarim” kitabı həzrət Bəqiyyətəllah İmam Zamanın (ə) haqqını əda etmək niyyətilə qələmə alınıb; aydındır ki, digər insanlardan daha çox İmam Zamanın (ə) bizlərin boynunda haqqı var.
“Mikyalul-məkarim” kitabı ilk öncə ərəb dilində yazılıb. Kitabın girişində deyilir: "O Həzrətin haqqını əda edə bilmədiyimz üçün və o Həzrətin bizlərə verdiyi feyzlərin və etdiyi iltifatın layiqincə şükrünü yerinə yetirə bilmədiyimiz üçün əlimizdən gələni qədər o İmamın haqqını əda etmək bizlərə vacibdir... İmamın intizarını çəkmək, fərəcin tezləşməsi üçün dua etmək, o Həzrətin razılığına səbəb olan əməllərə önəm vermək və özünü İmama yaxınlaşdırmaq qeybət dövrünün ən gözəl əməlləridir".

İmam Zamanın (ə.f) Davud peyğəmbərə oxşarlığı
Allah Davudu yer üzünün xəlifəsi etdi, İmam Zamanı da (ə) yer üzünə xəlifə edəcəkdir.
Allah dəmiri Davudun əlində yumuşaltdı, İmam Zamanın (ə) da əlində yumuşaldıb.
Hədislərə əsasən, o həzrətin qılıncı zühur zamanı “ey Allahın vəlisi zühur et və mənimlə düşmənlərini qətlə yetir” deyəcək, daş onun dalında gizlənən kafirin yerini göstərəcəkdir.
Davud Calutu, Həzrət Mehdi (ə) isə Dəccalı qətlə yetirəcəkdir.
Davud peyğəmbər ilhamla hökm edərdi, Həzrət Mehdi (ə) də Davudun üslubu ilə hökm edəcəkdir; şahid və bəyyinədən istifadə edilməyəcək.
İmam Zamanın (ə) da Həzrət Davud kimi asimandan ona bəxş edilən qızıl möhürlü yazılı lövhü olacaqdır.
Oxşar xəbərlər
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031