İmam Zamanın (ə.f) əsgərləri
Mьəllif: admin1
Tarix: 4-12-2019, 10:36
İmam Zamanın (ə.f) əsgərləri
Şəbistan Xəbər Agentliyi: İmam Zamanın (ə) ən yaxın silahdaşları (səhabələri) və onların daşıdıqları vəzifələr bir çoxlarını maraqlandıran məlumatlardır. İmamın əsgərləri ilə bağlı iki tarixi dönəmdə - qeybət və zühur dövrlərində bəhs etmək olar.

İmam Zaman (ə) zühur etdikdən sonra onun ətrafına yığışaraq əmri ilə döyüşən əsgərlərini üç qrupa bölmək olar.

Birinci qrupa İmamın əsl səhabələri və hərakatın özəyini təşkil edən insanlar daxildirlər. Onlar rəvayətlərə əsasən, 313 nəfərdən ibarət olacaqlar. Bu şəxsiyyətlər ordu sərkərdələri də hesab edilirər.

Hərəsi bir ordunu bayrağını dalğalandıracqdır. Onlar olduqca yüksək xüsusiyyətlərə, ali keyfiyyətlərə malikdirlər. Mərifət, iman, ixlas, xalis niyyət və şücətdə şöhrət qazanmış şəxslər olacaqlar.

İkinci qrupa isə 10 min nəfər daxldir. Onlar İmam Zamamın (ə) silahlı qüvvələrini (ordusu, əsgərləri) ilə özək şəxslər arasında bağlılıq yaradan həlqə rolunu oynayacaqrlar. Yükəsk mənəviyyat sahibləridirlər.

Sadə xalq, adi insanlar və imama xidmət edən hər bir kəs isə üçüncü qrupu təşkil edir. Bu qrupda xalq kütlələri yerlışir, olar imama kömək etmək istəyənlərdirlər.

Qeybət dövrünə gəldikdə isə, İmam Zamanın (ə) adını yüksəldən hər bir kəs, cəmiyyətdə onu zühuruna şərait yaradan hər bir insan, İmamla bağlı şübhə, irad və yalnış fikirlərə cavab verən hər bir adam, dini – mədəni fəaliyytələr göstərənlər, xalqa lazımı bəsirət əta edənər və onları hazır vəziyyətdə saxlayanlar bir növ İmam Zamanın (ə) əsgərləri sayılırlar.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930