İnsanın Allaha qarşı təkəbbür və diqqətsizliyi
Mьəllif: admin1
Tarix: 2-11-2021, 21:05
İnsanın Allaha qarşı təkəbbür və diqqətsizliyi

Bu cümlələrdə insanın Allah qarşısında mövqeyinə nəzər yetirilir ki, insan Allah yanında öz yerini tanısın; Allahın ona qarşı lütfünü və onun Allaha qarşı alçaqlıq və naşükürlüyünü görsün.

Beləliklə bildirir: "Pərvərdigara, Sən məni dəvət edirsən, lakin mən Səndən üz çevirirəm!”

Allah bizə Onu çağırmaq və Onunla söhbətə icazə verməklə böyüklük və ən üstün lütf göstərmişdir. Əgər Onun icazəsi olmasaydı, bizim Onunla söhbət etməyə ləyaqətimiz çatmazdı.

O hətta bütün günahlarımıza baxmayaraq bizi dəvət edir və öz dəvəti ilə Onun tərəfinə getməyimizə israr göstərir. Bəs biz, ilahinin bu böyük lütfünün qarşısında nə edirik? Onun dəvətini qəbul etmək əvəzinə üz çevririk!

"Sən həmişə mənə məhəbbət göstərirsən, lakin mən Səninlə düşməncəsinə rəftar edirəm”.

Biz Ona ehtiyaclıyıq. Onun dərgahında üzümüzü torpağa sürtməliyik ki, bizə diqqət yetirsin; lakin əksinə, O bizə məhəbbət göstərir və dostluq edir, biz isə Ona qarşı çıxırıq.

"Sən dostluq bildirirsən, lakin mən qəbul etmirəm”. İndiyədək bir şəxsə dostluq, məhəbbət və səmimiyyət göstərdiyiniz halda sizə etinasızlıq edibmi?

Bu iş bizim üçün çox ağırdır! Məgər bu şəxsin etinasızlıq və biganəliyi qarşısında göstərdiyiniz məhəbbətdən məyus olmayacaqsınızmı?

Bəlkə də, insanın başqa birisinə əlaqəsi müəyyən dünyəvi istəklərə görə olsun; bəs Həzrət Haqqın bəndələrinə qarşı məhəbbətində bu sayaq məqsədlər gözlənilirmi?

Biz Allahın göstərdiyi məhəbbətlər haqqında səhv təsəvvürdəyik. Necə ki, oxuyuruq: "Guya mənim yanımda minnətlisən”.

Bizə diqqət yetirməsinə ehtiyac hiss edib, bu ehtiyacı etiraf etmək əvəzinə, Ona qarşı etinasızlıq edir və fikirləşirik ki, Onu çağırdığımız üçün bizim yanımızda minnətlidir.

Allahın geniş rəhmət süfrəsi qarşısında bizim təkəbbür və qürurumuz necə də yersizdir! Məgər nəyimiz var ki, naz edirik?

Hər vaxt bizi çağırırsa, özümüzü başqa bir işlə məşğul edirik. Bununla belə, bizim pis rəftarımız Allahın rəhmət və ehsanının davamına mane olmur.

"İlahi, alçaqlıq və etinasızlıqlarımın heç biri məni sonsuz rəhmət, ehsan və kərəmindən məhrum etməyinə səbəb olmadı.

İlahi, bu nadan bəndənə rəhm et, fəzl və ehsanınla ona qarşı kərim ol. Sən çox səxavətli və kəramətlisən”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930